Qızılvəng mineral bulağı — Babək rayonu ərazisində, Qızılvəng dəmiryolu stansiyasından 2 km, Araz su anbarı dəryaçasından isə 300 metr aralıda bulaq. Orada 1963-cü ildə Araz çayı üzərində bənd tikilərkən mineral bulaqların əksəriyyəti su altında qalmışdır. Orta əsrlərdə həmin bulaqlara "Astaabad bulaqları" da deyilirdi. Zəif minerallaşmış su acı-şor dadlı olmaqla Rusiyanın "Pyatiqorsk" (Şimali Qafqaz) suyunun oxşarıdır. Daxili xəstəliklərin müalicəsində əhəmiyyətlidir.