Qız piri

Qız piri

Qız piriŞərur rayonunun Havuş kəndindən şimalında ziyarətgah.

Pirin yaxınlığında şəlalə vardır. Pir təbii qayalıqdan axan su qaynağı və onun ətrafındakı kollardan ibarətdir. Bu ərazi yerli əhali tərəfindən müqəddəs hesab edilərək ziyarət olunur. Pirdə olan ağacların budaqlarına müxtəlif rəngli parçalar bağlanır. Belə rəvayət edilir ki, gecələr pirdə od yanarmış və o hərəkət edərmiş. Piri 5-8 əsrlərə aid etmək olar.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: 2008