Qız qalası (Göygöl) - Göygöl rayonunun Balçılı kəndi səmtində uca dağların başında iri bir qala-kompleks
Yığcam bir şəhərcikdən ibarətdir. Dörd-beş qala və qalaça bir-birinə söykənib. Daxili yollar, dairəvi sal divarlar dağların başında əzəmətlə ucalır.[1].
Qalanın arxasında isə əzəmətli dağlar, dərələr, döngələr boyu qıvrıla-qıvrıla cığırlar, yollar uzanır. Qalanın ətrafında - orada-burada xaraba yerləri görünür. Təpələrin arxasından uçuq barılar "boylanır". Ortada isə dupduru kəhriz var.