Qız qalası (Ərdəmli)

Sahildən görünüşü

Qızqalası — Karikos sahil qalasına 200 metr məsafədə olan adada yerləşir. Böyük hissəsi yaxşı vəziyyətdə olan Qızqalasının şimal və cənub səmtləri səkkiz qülləylə qorunmuşdur. Qalanın xarici dairəsinin uzunluğu 192 metr dir. Qızqalası ilə sahildəki qala dənizdən bir yolla bağlanmış, dənizdən gələcək hücumlara qarşı tədbirləralınmışdır. Karamanoğlu İbrahim bəy tərəfindən 1448-ci ildə bərpa olunan qala bu gün bölgənin turizm simvolu halına gəlmişdir.

Qızqalası Romalılar, Bizanslılar, Səlcuqlular, Fransızların (Kipr Krallığı), Qaramanlı və Osmanlıların hakimiyyətində olmuş əhəmiyyətli bir yaşayış məntəqəsidir. Aparılan ilk qazıntılarda buraya ilk yaşayışın e.ə. IV əsrə aid olduğunu göstərir. Məşhur tarixçi Herodot, bu şəhəri Georges adında Kiprli bir knyazın qurduğunu yazır. Miladdan sonra 72-ci ildə Roma hakimiyyətinə daxil edilən Qızqalası 450-ci ilə Roma imperiyasının ərazisi olmuşdur. Bu dövrdə zeytunçuluq geniş şəkildə inkişaf etmişdir və zeytun yağı ixrac mərkəzi olmuşdur. Bizanslılar dövründə Ərəb hücumlarına qarşı olaraq ətrafına qala divarları inşa edilmişdir. Daha sonra bura Səlcuqilərin və Kilikiya Krallığının əlinə keçmişdir. XIV əsrdə artan Karamanoğlu hücumları səbəbilə Kipr Krallığının əhəmiyyətli bir ticarət limanı olan qız qalası 1448-ci ildə Karamanoğlu İbrahim Bəy tərəfindən ələ keçirilmiş və yenidən abad edilmişdir. 1471-ci ildə Osmanlıların əlinə keçən qala bu dövrdə əhəmiyyətini itirməyə başlamışdır. Cem Sultan 1482-ci ildə, Rodos cəngavərlərinin göndərdiyi gəmiyə minmədən əvvəl bir müddət burada qalmışdır.

Qız qalasında addım atılan hər yer tarixi əhəmiyyətə malikdir. Bu gün, qalanın əhatəsində olan əsas yerlərində abidələrə, kilsələrə, ovlara, su kəmərlərinə, qaya məzarlarına, sarkofaqlar, daş döşəməli yollara rast gəlinir.

Qızqalasında qədim dövrlərdən qalma 4–5 kilsə var. Su quyuları və ov yanında, Lemas çayından su kəmərləri ilə gətirilən sular, qalanın su ehtiyacını ödəyir. Böyük kilsəyə gedən daş döşəməli Müqəddəs yolda, yol boyu düzülmüş irili-xırdalı sarkofaqlar görənləri heyrətə salır.

Qızqalasının 10 km şimalında yerləşən vadinin yüksələn qayalıq yamacına oyulmuş və Adamqayalar adı verilən insan füqurları yerləşir. Dövrün rəhbər və nəsillərini simvollaşdıran qabartma fiqurlarda kimisi əlində üzüm salxımı, kimi divana uzanmış haldadır. Roma dövründən qalma cəmi 13 lövhədən ibarət Adamqayalar, Şeytandərəsinə hakim bir yerdədir.

Təxminən 1500 ailədən ibarət olan Qızqalasının əhalisi 8139 nəfərdir (2000-ci ilin əhalinin siyahıya alınmasına əsasən). Yaz fəsli gələndə əhalinin sayı 30 minə qədər olur. Qızqalasıi bu gün Mersin və Erdemli turizminin simvolu halına gəlmişdir. Yerli və xarici turistlərin sıx marağını çəkən qalaya, sahildən balıqçı qayıqları ilə keçilir. Yaz mövsümündə böyük bir turizm sıxlığı baş verən qalada 15000 çarpayı tutumu vardır. Mövcud turizm obyektlərindən bütün il boyu istifadə etmək mümkündür. Qalada yerli və xarici turistlərin inamla girəcəyi biri 300 metr, digəri də 1200 metr uzunluğunda iki çimərlik var. Qızqalası yerli və xarici turistlərin inamla istirahət edəcəkləri bir yer halına gəlmişdir. Əyləncə və ticarət mərkəzləri diqqətləri çəkir. Yaz mövsümündə qəsəbədə keçirilən mədəniyyət, turizm və idman festivalları qəsəbəyə canlılıq gətirir.

Yerli əhalinin böyük qismi Ayaş Türkmənlərindən ibarətdir. Türkmənlər köçəri həyatdan oturaq həyata keçmişdilər və əkinçiliklə məşğul olurdular. Yaz fəsli gəldiyi zaman Avgadı və Akpınar (Pınarbaşı) yaylalarına çıxırlar. İçməli su problemi olmayan Qızqalsı qəsəbəsində suvarma suyu Lemas çayından cazibə yolu ilə gətirilir. Bu su kifayət olmadığı üçün qazma quyulardan da istifadə edilir. Qəsəbədə əhali dolanışığını kənd təsərrüfatı və turizmlə təmin edir.

1992-ci ilə qədər kənd ikən eyni il içərisində qəsəbə statusu almış və bələdiyyə qurumu tətbiq olunmuşdur. Qız qalsı qəsəbəsi, Mərkəz, Toroslar, Aralıq və Mavidəniz olmaq üzrə dörd məhəllədən ibarətdir.

Səhiyyə ocağı olan qəsəbədə iki aptek mövcuddur. Qəsəbədə bir məscid, bir orta məktəb, PTT şöbəsi, polis komissarı, jandarm polis bölməsi vardır.

Qızqalasında Aralıq dənizi iqlimi hökm sürür. Köçəri həyat yaşayan Yörüklər isə (xüsusilə Sarıkeçili Yörükləri) qış mövsümünü qəsəbə və ətrafında keçirirlər. Kənd təsərrüfatında yetişdirilən ürünerin başında pomidor, xiyar, lobya, kahı, ispanaq, ərik və sitrus başda gəlir. İstixanalardan çox açıqda tərəvəzçilik inkişaf etmişdir. Yaylaqlara çıxan Yörüklər yaylaqlarda da tərəvəz yetişdirmək ilə məşğul olurlar.

Qızqalası Mersinin ən populyar istirahət mərkəzidir. Qızqalası ilə bağlı bir çox hekayə və əfsanələr mövcuddur. Strateji mövqe səbəbindən hücumlara qarşı tədbir məqsədilə dəniz qlasının tikildiyi bu qalanın təcavüzə qarşı ilk müdafiə nöqtəsi olması və quru əraizdəki qalanın müdafiəsi üçün dəstəyi nəzərdə tutulub.

Şəkil qalereyası

[redaktə | mənbəni redaktə et]
  1. Kızkalesi [ölü keçid]
  2. Kızkalesi, Erdemli