Qızma dövrü — heyvanlar arasında cütləşmədən öncə erkəklərin dişilərə sahiblənmək uğrunda mübarizəsi ilə müşahidə olunan dövrdür. Hər bir bioloji növdə bu individualdır. Bu proses canlılardan asılı olaraq ildə bir neçə dəfə təkrarlana bilir. Bu dövr öncəsi dişilərin cinsi orqanlarında müəyyən proseslər baş verir. Bəzi canlıların bədənindən özünəməxsus qoxu gəlir. Sanki dişi erkəyi cütləşməyə təhrik edir. Bunun nəticəsi olaraq erkəklərdə aqresivlik meylləri artır. Erkəklərin (xüsusi ilə məməlilərdə) dişilərə sahib olma uğrunda şiddətli döyüşlər baş verir.