Qəşəm İsmayılov

İsmayılov Qəşəm Camal oğlu — biologiya üzrə fəlsəfə doktoru, professor.[mənbə göstərin]

Qəşəm İsmayılov
Doğum tarixi
Doğum yeri Süleymanlı, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (75 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi biologiya üzrə fəlsəfə doktoru
Elmi adı professor
İş yeri AMEA Zoologiya İnstitutu

Qəşəm İsmayılov 1939-cu il mayın 25-də Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olmuşdur. 1945-ci ildə Cəbrayıl rayonunun 7 saylı məktəbin 1-ci sinfinə daxil olmuş, 1956-cı ildə Ağdam şəhərinin 1 saylı orta məktəbini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1957-ci ildə Azərbaycan Dövlət Universitenin biologiya fakültəsinə daxil olmuş, 1962-ci ildə həmin fakültəni bioloq-zooloq ixtisası üzrə tam kursunu bitirmişdir. Həmin ildə AMEA Zoologiya İnistitutunun "Ekoloji parazitologiya" laboratoriyasında laborant vəzifəsində işləmişdir.

1964-cü ildə ADU-nun biologiya fakültəsində əyani aspiranturaya daxil olmuş və aspirantlıq təhsilini başa vurduqdan sonra yenidən AMEA Zoologiya İnstitutuna işə qayıtmışdır.

1969-cu ildə "Azərbaycanda itlərin helmint faunası, onun epizootoloji və epidemioloji cəhətcə xarakterizə edilməsi" mövzusunda namizədlik dissertasiya işini müdafiə edərək, biologiya elmləri namizədi adını almış, Zoologiya İnstitutunda əvvəlcə kiçik elmi işçi, 1974-cü ildən hal-hazıra kimi böyük elmi işçi vəzifəsində çalışmışdır.

İşlədiyi müddətdə 10-a yaxın mövzunun məsul icraçısı olmuşdur. "Lənkəran təbii vilayətində qaramal və camışlarda Moniezia cinsinə aid növlərin bioekoloji xüsusiyyətləri, yayılması, təsərrüfat əhəmiyyəti" mövzusunun məsul icraçısı idi. O, Azərbaycanın müxtəlif bölgələrində itlərdə və gövşəyən heyvanlarda parazitlik edən bir sıra başlıca helmintoz törədicilərinin təbii ocaqlıqlarını aşkar etmiş və onlara qarşı müvafiq mübarizə tədbirlərini işləyib hazırlamışdır. İlk dəfə olaraq Azərbaycan faunası üçün anoplosefalyatlarının aralıq sahibləri olan 25 növdən çox oribatid gənələri aşkar etmişdir.

Dəfələrlə Beynəlxalq konfranslarda, qurultaylarda, simpoziumlarda məruzə və məqalələrlə çıxış etmişdir. 65-dən artıq elmi məqalənin, bir kitabçanın müəllifi idi.

Q. C. İsmayılov "Azərbaycanda gövşəyən ev heyvanlarının anoplosefalyatları (fauna, sistematika, biologiya) ekoloji-coğrafi və epizootoloji təhlili" mövzusunda 2429.01 — Parazitalogiya ixtisasında biologiya üzrə elmlər doktoru dissertasiya işini müdafıə etmişdir.

Qəşəm İsmayılov 19 sentyabr 2014-cü ildə vəfat edib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]