Qəşəng gəmirici soğanı

Elmi adı - Muscari elegantulum Schchian

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, prioritet endemik növüdür.

Regional İUCN Statusu-NT [1][2][3].

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Soğanaqları xırda, 1 sm diametrində, tutqun pulcuqlu, yumurtavaridir. Gövdə tək, 10 sm hündürlükdə, yarpaqlar 2-3, bəzən 4, xətvari, 3-5 mm enindədir. Salxım qısa, orta uzunluqda (1,5) sm, yumurtavari, çox və az dərəcədə sıxdır. Meyvəverən çiçəklərin saplağı qısa, 2 dəfə çiçəkyanlığından qısadır. Çiçəkyanlığı 3-4 mm uzunluğunda, parlaq-mavi və ya tünd-göy rənglidir. Erkəkcik aydın olmayan ikisıralıdır, qısa, uzunsov-oval tozcuqludur. Yumurtalıq dairəvi, sütuncuğa bərabər və ya çox az uzundur [1][2][4].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvə əmələgətirmə dövrümay ayına əsadüf edir. Mezokriptofit, duzadavamlıdır. Soğanaqla çoxalır [1][2][5]. Qayalı və otlu yamaclarda rast gəlinir. Dekorativ bitkidir [1][2][4][5][6].

Yayılması[redaktə | mənbəni redaktə et]

Lənkəranın dağlıq hissəsi (Lerik rayonu, Orand kəndi yaxınlığında, dəniz səviyyəsindən 1700 m hündürlükdədir) [1][2][4][5][7][8].

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyanın yegane lokaliteti olan Hirkan Milli Prakında qorunmasına baxmayaraq ətraf mühitin dəyişilməsindən asılıllığı azalma tendensiyasına səbəb olur [1][2][8].

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Hal-hazırda populyasiyanın qorunmasına və sabitliyinə baxmayaraq əhali tərəfindən yığılması təhlükə yarada bilər.

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə heç bir tədbir görülmür. Yasaqlıqların təşkili, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur [1][2][5][8].

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 Azərbaycan Respublikasının Qırmızı kitabı  Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
  2. 1 2 3 4 5 6 7 "Arxivlənmiş surət". 2017-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-27.
  3. Schtaz G., Shulkina T., Solomon J.
  4. 1 2 3 Флора Азербайджана, 1952
  5. 1 2 3 4  Azərbaycan SSR-in Qırmızı kitabı, 1989
  6. İbadlı O.V., 2004
  7. Конспект флоры Кавказа, 2006
  8. 1 2 3  Tərtibçilərin məlumatları.