Qəşəng yaşıl sovka (lat. Staurophora celsia) — pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinə aid kəpənək növü.
Qəşəng yaşıl sovka | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qəşəng yaşıl sovka |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Qanadları açılmış halda 40–45 mm-dir. Ön qanadları açıq-yaşıl rəngdədir. Ortasında olan eninə zolaq və kənarları tünd qəhvəyidir. Ön qanadın kənarları dişlidir. Arxa qanadları açıq-qəhvəyi, kənarlarındakı dişciklər ön qanadlara nisbətən zəifdir. Döşü üzərində iki yaşıl ləkə vardır. Qarıncığı arxa qanadların rəngindədir.[1]
Orta Avropa, qərbi və şərqi Rusiya, Sibirin hər yerində yayılmışdır. Azərbaycanda isə Kiçik Qafqazın dağlıq hissələrində (Daşkəsəndə) rast gəlinir. Kəpənəyi iyunun axırlarında uçur.[2]
Dağ çəmənlikləri, meşə açıqlığı və kolluqlar. Həyat tərzi öyrənilməişdir. Tırtılı iyundan avqusta qədər müxtəlif meşə yabanı taxılkimilər ilə qidalanır. Kəpənəyi iyun ayında uçur.
Azsaylıdır. Azərbaycanda cəmi 2 kəpənəyi tutulmuşdur.
Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.[3]
Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək.