Qəbələ Dövlət Rəsm Qalеreyası — Qəbələ Dövlət Rəsm Qalareyası 2006-cı il fevral ayının 1-dən fəaliyyətə başlamışdır.[1]
Qəbələ Dövlət Rəsm Qalereyası | |
---|---|
Fəaliyyəti | Əsərlərin bərpası və qorunması |
Yaranma tarixi | 2006 |
Yarandığı yer | Azərbaycan Qəbələ |
Fəaliyyət göstərdiyi yer | Qəbələ, Azərbaycan, Qəbələ,İ.Qutqaşanlı küçəsi,40 |
Sədr | Ağayev Malik Paşa oğlu |
Azərbaycan Respublikasın Mədəniyyət Nazirliyinin 16 yanvar 2006-cı il tarixli, №32- nömrəli əmri ilə Ağayev Malik Paşa oğlunu Qəbələ Dövlət Rəsm Qalereyasına direktor təyin edilmişdir. Qalereya Qəbələ rayon Mədəniyyət Mərkəzində yerləşir. Sahəsi 600 kv metrdir. Qalereya yüksək səviyyədə təmirlidir. İş otaqları müasir avadanlıqla və mebel ilə təmin olunmuşdur. Qalereyanın iş fəaliyyəti əsasnaməyə uyğun olaraq 1 illik perspektiv iş planı əsasında qurulur. Qalereyanın IV qrup ştat cədvəli üzrə 10 nəfər işçisi var.
Qalereyanın fondunda Azərbaycanın tanınmış rəssamlarından Böyükağa Mirzəzadə, Yusif Hüseynov, Lətif Feyzullayev, Davud Kazımov, Baba Əliyev, Səməd Haqverdiyev, Hafiz Məmmədov rayon rəssamlarından Müsavər Cavadov, Malik Ağayevin yağlı boya və akvarel ilə işlənmiş 120-ədəd rəngkarlıq əsərləri, xalq yaradıcılığı nümunələrindən ağac üzərində oyma işləri, müxtəlif xalça və dulusçuluq qabları vardır. Qalereyanın mədəniyyət evinin 1-ci mərtəbəsində yerləşən salonunda "Qəbələnin sosial-iqtisadi inkişafı" adlı sərgi fəaliyyət göstərir və bu sərgidə rayonumuzun istehsal sahələrinə aid vəsaitlər nümayiş etdirilir.[2]
Ümumi sahəsi 600 kv.m-dir. Burada yüksək səviyyədə iş şəraiti yaradılmış, iş otaqları müasir avadanlıqlarla təmin olunmuşdur. Qalereyanın iş fəaliyyəti əsasnaməyə uyğun olaraq 1 illik perspektiv iş planı əsasında qurulur. Qalereyada ümumilikdə 212 əsər nümayiş etdirilir ki, onların 103 ədədi rəsm əsəri, 109 ədədi isə dekorativ tətbiqi sənət nümunələridir. Qəbələ Dövlət Rəsm Qalereyası mütəmadi olaraq sərgilər təşkil edir, genişmiqyaslı rayon tədbirlərində və digər tədbirlərdə iştirak edir.[3]