Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyi

Qəbələ Rayon Tarix-Diyarşünaslıq MuzeyiQəbələ şəhərində yerləşən tarix-diyarşunaslıq muzeyi. Muzeydə 2500 illik tarixi əks etdirən 14000-dən çox eksponat nümayiş etdirilir. Muzeyin 900 kv.m-lik binası, 13 ekspozisiya zalı, fondu, Heydər Əliyev xatirə otaqları, şəkil qalereyası, zəngin elmi kitabxanası, açıq səma altında təşkil olunmuş qədim daş abidələrdən ibarət sərgi meydançası vardır.[1] Muzey barədə 300-dən çox qəzet, jurnal məqaləsində bəhs olunmuş, müxtəlif televiziya kanallarında süjetlər göstərilmiş, 50-yə dək kitabda məlumat verilmiş, bir neçə televiziya filmi çəkilmişdir.[2]

Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Əsası qoyulub 13 may 1980
Mövzu Tarix-diyarşunaslıq
Yerləşir Qəbələ şəhəri
Kolleksiyası 14000
Direktor Xalis Məmmədov
Telefon +994242051386

Muzeyin 900 kv.m-lik binası, 13 ekspozisiya zalı, fondu, Heydər Əliyev xatirə otaqları, şəkil qalereyası, zəngin elmi kitabxanası, açıq səma altında təşkil olunmuş qədim daş abidələrdən ibarət sərgi meydançası vardır. Muzeyin rəhbərliyi ilə filial olaraq İsmayıl Bəy Qutqaşınlının xatirə Ev Muzeyi və Şəhidlərin Xatirəsi Muzeyi yaradılmışdır və yeni filialların təşkili sahəsində iş aparılır. Burada arxeoloji, etnoqrafik, numizmatik materiallar, xalq sənət nümunələri, qədim əlyazma və çap kitabları diqqəti xüsusilə cəlb edir. Burada tədqiq, təbliğ, mühafizə olunan materiallar əsasında namizədlik və doktorluq dissertasiyaları yazılmışdır.[3]

Muzey Azərbaycan SSR Nazirlər Sovetinin 13.05.1980-ci il tarixli 227 № li sərəncamı ilə yaradılmışdır.Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1980-ci ilin may ayının 15-dən fəaliyyət göstərir.[4] 2004-cü ildən etibarən muzey yeni binada öz fəaliyyətini davam etdirir.[5]

Muzeyin eksponatları

[redaktə | mənbəni redaktə et]

Muzeyin arxeologiya, etnoqrafiya, numizmatika, qədim əlyazmalardan, nadir kitablardan, xalq yaradıcılığının müasir nümunələrindən və təbii sərvətlərdən ibarət eksponatları, rayonun tarixi abidələri ,əhalisinin etnik tərkibi coğrafi şəraiti ,bitki və heyvanat aləmi, mədəniyyətin və iqtisadiyyatın müasir vəziyyəti və onların inkişaf perspektivləri haqqında tam təsəvvür yaradır.

Muzeyin ekpozisiyası

[redaktə | mənbəni redaktə et]

Muzeyin 13 ekspozisiya zallarında və fondunda Qəbələdə aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş antik və orta əsrlərə aid 14 mindən çox tapıntı nümayiş etdirilir və mühafizə olunur. Muzeydə 1778-ci ildən başlayaraq nəşr olunan nadir kitablarla yanaşı tarix, arxeologiya və s. sahələr üzrə kitablar da nümayiş olunur. Burada qazıntılar zamanı Antik Qəbələdə aşkar edilən, daşlardan yonulan sütunaltlıqları,orta əsrlərə aid, üstündə ərəb yazıları və relyef ornamentləri olan qəbirüstü abidələr və s. nümayiş olunur.[6]

  1. "İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi". ismayilli.mctgov.az. 2018-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2018.
  2. http://seyyah.az/news/6776 (#bare_url_missing_title). 2020-11-11 tarixində arxivləşdirilib.
  3. azertag.az. "Muzeyin yubelieyi keçirildi". 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr.
  4. "Qəbələ Rayon Tarix–Diyarşünaslıq Muzeyi|Mədəniyyət portalı". www.azculture.az. 2018-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2018.
  5. anl.az. "tarixdiyarşünaslıq muzeyləri müasir azərbaycançılıq ünvanları kimi..." 2019-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr.
  6. "Azərbaycan muzeyləri". 2020-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]