Qəddar (film, 2014)

Qəddar (hind dilində orijinal adı: Ek Villain) — sevgi və qisas haqqında çəkilmiş hind filmidir. Film 27 iyun 2014-cü ildə Hindistan, PakistanABŞ-də nümayiş olunmuşdur.

Qəddar
hind एक विलन
Janr romantik film, döyüş filmi
Rejissor Mohit Suri
Ssenari müəllifləri Tushar Hiranandani
Milap Zaveri[1]
Baş rollarda
İlk baxış tarixi 2014
Müddət 129 dəqiqə
Gəlir 414.116 $ (ABŞ)[1]
Ölkə
Dil Hind dili
Rəng rəngli
IMDb ID3175038
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Süjet xətti[redaktə | mənbəni redaktə et]

Hindistanın Qoa şəhərində yaşayan Quru Prahlad adlı siyasətçinin yanında işləyərək ömür sürür. Sakit bir yeniyetmə olan Quru əslində keçmişindən qaçmağa çalışır. Lakin Aişə ilə tanış olduqdan sonra onun həyatı dəyişir. Aişə ilə evlənmək istəyən Quru onunla birlikdə Mumbaya köçür. Amma bir gün Aişə seriyalı qatil tərəfindən öldürülür. Bundan olduqca kədərlənən Quru sevgilisinin qisasını almaq üçün qatili təqib etməyə başlayır.

Personajlar[redaktə | mənbəni redaktə et]

  • Quru (Guru) (Sidhart Malhotra): O, çox gülümsəməyən, qaranlıqlarda ilişib qalan biridir.
  • Aişə (Aisha) (Şraddha Kapur): O xərçəngdir. Buna görə də o, ömrünün sonuna qədər arzularını yerinə yetirmək istəyir.
  • Rakesh Mahadkar (Riteish Desmukh): Onun psixoloji problemləri mövcuddur. Aişəni öldürən seriyalı qatildir.
  • Aditya (Şaad Randhava): Polis məmurudur.
  • Sulo (Aamna Sharif): Rakesh Mahadkarın həyat yoldaşıdır. Rakesh bütün cinayətlərini yoldaşına xoş gəlsin deyə edir.

Mükafatlar[redaktə | mənbəni redaktə et]

  • Hindistan Beynəlxalq Film Akademiyasının Ən yaxşı ikinci plan aktyoru üçün mükafatı

Mahnılar[redaktə | mənbəni redaktə et]

# Ad İfa edən Müddət (dəqiqə)
1 Galliyan Ankit Tiwari 5:41
2 Banjaara Mohammed Irfan 5:37
3 Zaroorat Mustafa Zahid 6:09
4 Awari Nomina Mustehsan,
Adnan Dhool
5:20
5 Humbard Arijit Singh 4:20
6 Galliyan (unplugged) Shraddha Kapoor,
Ankit Tiwari
4:14

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Ek Villian (2014) - IMDb Arxivləşdirilib 2016-04-09 at the Wayback Machine. Accesdate: 22 yanvar 2016.