Qədiməli Əhməd

Qədiməli ƏhmədAzərbaycan Yazıçılar Birliyinin üzvü. Beynəlxalq "Rəsul Rza" mükafatı laureatı.

Qədiməli Əhməd
Qədiməli Mahmud oğlu Əhməd
Doğum adı Qədiməli
Təxəllüsü Əhməd
Doğum tarixi (66 yaş)
Doğum yeri Şivlə, Lerik rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Mahmud
Təhsili Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi
İxtisası filoloq
Əsərlərinin dili azərbaycan dili
Janrlar şeir, hekayə, roman, elmi-publisistika

Həyatı[redaktə | mənbəni redaktə et]

Qədiməli Mahmud oğlu Ağayev 1957-ci ilin avqust ayının 27-da Lerik rayonunun Şivlə kəndində ziyalı ailəsində anadan olub.

1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub, 1985-ci ildə həmin universiteti əla qiymətlərlə bitirmiş və təyinatla Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi Cəbrayıl Ağayev adına Biləvər kənd orta məktəbinə göndərilmişdir.

Hal-hazırda həmin məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi və məktəbin Həmkarlar ittifaqının sədridir.

Qədiməli Əhməd orta məktəbdə oxuduğu illərdə yaradıcılığa başlamışdır. Bədii, elmi və publisistik əsərləri “Bolluq uğrunda”, “Kənd soveti”, “Lerik”, “Azad təfəkkür”, “Qanun və zəka” və.s. qəzetlərdə, Kənd əməkçisinin təqvimi”, “Təbiət”, “Azərbaycan”, “Ulduz”, “Şəfəq”, “Məşəl”, “Yazı” və.s. jurnallarda çap olunur. Eyni zamanda kultaz.com mədəniyyət portalında yayımlanır. Səkkiz kitabın, əlliyə qədər elmi-publisistik məqalənin müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Beynəlxalq "Rəsul Rza" mükafatı laureatı.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • «Talış dilində işlənən önlüklərin Azərbaycan dilində ifadə vasitələri» (elmi) – 1985
  • «Xatirəyə dönmüş illərin hekayəti» (roman) – 1990-92
  • «Hara tələsirsən, durna qatarı» (şeir toplusu) «Açıq dünya» nəşr. 160 səh. 1994
  • «Tənha kölgə» (şeir toplusu) «MBM» nəşr. 200 səh. 2007
  • «Dünyamın dünyası» (şeir toplusu). «UniPrint» nəşr. 126 səh. 2008
  • «Bəyaz saçların yaşıl işığında» (publisistik) «Nasir» nəşr. 2007.
  • «Elm və zəka işığında» (publisistik) «MBM» nəşr. 2007.
  • «Cəza saatları» (şeir toplusu). «UniPrint» nəşr. 160 səh. 2012
  • "Öz məsafəndə" (şeirlər toplusu), "UniPrint" nəşr.200 səh.2020
  • «Ümid yolları» (poema) – 1997
  • «Hələ yol gözləyən var» (poema) – 1979
  • «Gözlər yol çəkir» (poema) – 1996
  • «Xocalı ağısı» (poema) – 2000
  • «Ruhların harayı» (poema) – 2008
  • «Ümid küçəsində bitən yol» (sonetlər çələngi) – 2009
  • «Gözəllik işığında» (elmi-publisistik məqalə) Məşəl jurnalı, 2004
  • «Yolların adı ümidsə...» (elmi-publisistik məqalə) kultaz.com saytı, 2012

Həmçinin bax[redaktə | mənbəni redaktə et]