Qədim Çin ordusu

Qədim Çin sülaləri

RXuanxe və Yansızı çayları vadisində təşəkkül tapan IV qüdrətli Qədim Şərq sivilizasiyası olan Qədim Çində e.ə. III-II minilliklər hərbi-siyasi hadisələr ilə zəngin olsa da, digər Qədim Şərq ölkələrindən fərqlənmirdi.Məhz e.ə. I minillikdə Qədim Çin dünya hərb elminə və döyüş sənətinə ilk nəzəri əsərləri bəxş etmiş oldu. Çində hərb fəlsəfəsinin yaranmasına bilavasitə klassik fəlsəfi məktəblərin və təlimlərin – Moizm, Leqizm, Daosizm və Konfusiçiliyin təşəkkülü müstəsna təsir göstərmişdir.Eyni zamanda mistik-dini mühitin üstünlüyünə baxmayaraq ilk rasional elmi baxış məhz bu dövrdə Çində meydana çıxmışdı. Belə bir şəraitdə artıq e.ə. I minilliyin I yarısında Çində “Vuruşan çarlıqlar” adlı tarixi mərhələdə bir-birinin ardınca iki hərbi traktat meydana çıxdı. Bunlardan biri e.ə. VI-V yüzilliklərə aid edilən Sun Szinın “Müharibə sənəti” əsəri, digəri isə e.ə. V-IV yüzilliklərə aid olan U-Szinin “Müharibə sənəti” əsəridir . Düzdür bu əsərlərin hər ikisi əyani tələblərə uyğun və poetik tərzdə tərtib olunub və bunlarda müharibənin mənşəyi məsələsinə bilavasitə toxunulmur amma, bu hərbi nəzəriyyə və fəlsəfə baxımından çox vacib əsərdir.[1]Çin ordusunun tarixi təxminən eramızdan əvvəl 2200-cü ilə təsadüf edir.[2] İnkişafına köçəri tayfalar böyük təsir göstərmişdir.[3] Erkən Çin milisləri arabalardan və bürünc silahlardan istifadə edirdilər.Sayı baxımından əhəmiyyətsiz idilər və zəif döyüş effektivliyi ilə fərqlənirdilər.[4] Çin orduları, Sun Tzunun M.Ö. 6-cı əsrdə yazdığı "Müharibə sənəti" ndən başlayaraq hərbi nəzəriyyədə zəngin bir ənənənin yanında hərbi yeniliklərdən və diqqətlə təşkil edilmiş logistikadan faydalanırdılar.[5] Müharibə ilə bağlı ağlımıza gələn ilk sənət əsəri, Sun Tzu tərəfindən e.ə V-də təqdim olunan Döyüş Sənəti adlı kitabdır. Bu kitab Çində müharibə strategiyası və taktikasının əsasını yaratdı. Döyüş Çin Krallığı arasında nəcib bir hərəkətə çevrildi. Bu ənənədən istifadə edərək, Şi Huang orduları qərbdən şərq sahillərinə qədər Çinə hücum etdilər və eramızdan əvvəl 221-ci ildə digər sülalələri birləşdirdilər və özünü Çinin ilk İmperatoru adlandırdılar. Onun rəhbərliyi altında infrastruktur və ticarət inkişaf etdi və dil standartlaşdırıldı. Bundan əlavə, Böyük Çin səddinin inşasına başlandı.[6]

Erkən padşahlıqlar dövrü (e.ə. 2100-479)

[redaktə | mənbəni redaktə et]

Erkən Tunc dövrünə aid Çin şəhərləri nəhəng müdafiə divarları ilə xarakterizə olunurdu. Çin orduları, xüsusən Döyüşən Dövlətlər dövründən sonra inkişaf etmiş və güclü idilər .İlk Çin orduları sadə yay, nizələr və daş dəyənəklərlə silahlanmış kəndlilərdən ibarət idi. Nəhayət, tək bir ailə Sarı çay vadisinin bir hissəsinə hakim ola bildi. Bu sülalələrdən birincisi olan Xia-nın (e.ə. 2200-e.ə. 1600) tarixi böyük ölçüdə məlum deyil və mifologiyaya bürünmüşdür. Hərbi cəhətdən Uzaq Şərqdə ilk dəfə arabalarından və mis silahlarından,çöl köçərilərinin Yaxın Şərqdən və Avrasiya çöllərindən gətirdiyi fikirlərdən istifadə etdilər.Xia , Şanq və Çjou sülalələri müasir Çində bir dövlətin böyüklüyünə bərabər olan daha kiçik ərazilərə hakim idilər. Bu sülalələrin yaratdığı ordular nisbətən kiçik və qeyri-peşəkar idi. Döyüşçü elitaların bir nüvəsi, döyüş arabalarında döyüşlərdə üstünlük təşkil edirdi; lakin, erkən Çin sülaləsi orduları zəif təchiz edilmiş və uzun müddət davam edən kampaniyaları idarə edə bilməmişlər.[5]

Döyüşən padşahlıqlar dövrü(e.ə. 479-e.ə. 221)

[redaktə | mənbəni redaktə et]

Döyüşən dövlətlər dövründəki ordular,piyadalar,,oxatanlar və süvarilərin hamsı birlikdə çalışdığı birləşmiş silah taktikasından taktikasından istifadə edirdilər.Bu dövrdə dəmiryayılmışdı və artıq silahlar və zirehlər tuncun yerin alan demirdən istifadə edirdilər.İlk rəsmi yerli Çin süvari birliyi,e.ə 307 ci ildə Zhao kralı Vulinq tərəfindən qurulmuşdu.Bu dövrün ən məşhur silahlarından biri də xəncər-balta idi.Qılınclar hələ də tuncdan hazırlanırdı .[5] Döyüşən padşahlıqlar dövründə feodalizmi ləğv edən və güclü, mərkəzləşmiş dövlətlər yaradan islahatlar verilməyə başladı. Çinin parçalandığı kiçik dövlətlər birləşdi, bir neçə böyük mərkəzləşmiş dövlət meydana gətirdi. Aristokratiyanın təsiri azaldı və qoşun komandirləri mənşəyindən çox ləyaqətinə görə təyin edildi. Çoxsaylı peşəkar daimi orduların yaradılmasına və onların tədarükünün təşkilinə səbəb oldu. Nəticə, ordulara krala cavabdeh olan peşəkar generallar tərəfindən əmr verildiyi mərkəzləşdirilmiş bir hərbi sistem idi.[7] Bu dövrdə Çində yeni bir qoşun qolu - süvarilər meydana çıxdı. Çin orduları, xüsusən Döyüşən padşahlıqları dövründən sonra da inkişaf etmiş və güclü idilər[8].

Şan sülaləsi(e.ə 1600 -e.ə 1046)

[redaktə | mənbəni redaktə et]
Şan sülaləsinə aid tunc nizə ucu

Tunc dövrünə aid Çin şəhərləri nəhəng müdafiə divarları ilə xarakterizə olunurdu.[9] Şan sülaləsində hərbi işlər yüksək prioritet daşıyırdı . Şan elitası qrup əsaslı başçıların rəhbərlik etdiyi bir döyüşçü sinfi idi. Şan sülaləsi Xia-nı devirmək üçün min döyüş arabası yığdığı deyilir, bu, şübhəsiz ki, çox şişirdilmiş bir rəqəmdir. Bununla birlikdə, Çin cəmiyyəti təbəqələşməyə başladı və arabalar nüvəsini təşkil edən döyüşçü elitalar bir aristokratiyaya çevrildi. Döyüş arabaların da üç nəfər olurdu- Oxatan, döyüşcü və sürücü.Ordunun əsasın kənd təsərüfatından olan sakinlər təşkil ediirdi.Şan piyadaları nizələr, dirək oxları, uzun saplı xəncər oxları və sadə yay da daxil olmaqla bir sıra daş və ya tunc silahlarla silahlanmışdı. Müdafiə üçün qalxan və bəzən tunc və ya dəri dəbilqələrdən istifadə etdilər.[5] Başqa yerdə olduğu kimi döyüşçü siniflərə, torpaq da hərbi uğura görə mükafat olaraq hökmdar tərəfindən verilirdi və uğursuz olanda geri alınırdı. Tənəzzülə uğrayan son Şan imperatoru Xin də böyük fiziki döyüş qabiliyyəti ilə məşhur idi.Arxeoloji tapıntalar zamanı tapılmış Qəbirlərdə çoxsaylı arabaların, eyni zamanda tamamilə atlardan və döyüş arabalarından ibarət türbələrin tapılması, arabanın döyüşlərdə istifadə edildiyini və yalnız prestij nəqliyyatında olmadığını göstərir.[10][11] Aristokratlar və digər dövlət rəhbərləri yerli qarnizonlarını bütün lazımi avadanlıq, zireh və silahlarla təmin etmək məcburiyyətində qalırdılar.[12] Wu Dingin dövründən etibarən daimi döyüşçülərin sayı artdı.Bu dövrdə döyüşçü qrupları hələdə ordunun özəyi idi.Oxatama daha keyfiyyətli idi.Buna görədə oxçulara əsgər hazırlamaq vəzifəsi verilirdi.[13] Aristokratlar və yaxud adi əsgərlər balta,nizə ,yay ,xəncər ilə vuruşurdular.[14] .Şanın dövründə döyüş arabaları son dərəcə bəzəkli idi,yüksək səviyəli elitalar tərəfindən komanda və oxatan platformaları kimi istifadə olunurdu.[15]

Qərbi Zhou(Çjou) və Bahar, Payız dövrü (e.ə. 1045-e.ə. 256)

[redaktə | mənbəni redaktə et]

Çjou Xanedanlığı Şan xanedanlığını məğlub edir və öz hakimliyini qurur. Çjou sülaləsi Çinin ən uzun sürən sülaləsidir. Hərbi cəhətdən Çjou ordusu iki böyük səhra ordusuna bölünürdü: "Qərbin altı ordusu" və "Chengzhou'nun səkkiz ordusu". Dövlətlər Çjoudan ayrılaraq güclərini möhkəmləndirdikcə Çində müharibələr Bahar və Payız Dövründə (M.Ö 722 - MÖ 481) endemik hala gəlmişdi. Zho Zhuan bu feodallar arasaında olan müharibələri və döyüşləri təsvir etmişdir.[5] Qərbi Zhou dövründə döyüş arabalarından daha çox istifadə olunurdu.[16] Lakin Çjou arabaları daha sadə və daha yaygın idi.[15] Şandan fərqli olaraq, Zhoular özlərinə tabe olan xalqlar üzərində idarəetmələrini təmin etməkdə qərarlı idilər.Bahar və Payız dövrünün sonunda süvari dəstələr yaranmağa başladı və döyüş arabaları sonrakı dövrdə yəni Döyüşən padşahlıqlar dövründə tədricən bir komanda platformasına çevrildi.[16]

Sin və Han sülalələri (e.ə. 221 - e.ə 184)

[redaktə | mənbəni redaktə et]
Tunc balta, Şan sülaləsi
Döyüşən padşahlıqlar dövründən Han sülaləsinə qədər əhatə edən tunc  yaylı mexanizm

E.ə. IV əsr əmtəə-pul münasibətlərinin inkişafı ayrı-ayrı Çin dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsinə şərait yaratdı.“Döyüşən padşahlıqlann” müstəqil hakimiyyətinə son qoymaq və qədim Çin dövlətini mərkəzləşdirmək üçün bəzi padşahlıqlar səy göstərməyə başladılar. Bu dövrdə Sin padşahlığının hökmdarı in Çjen idi.O qonşu dövlətlər hesabına öz ərazilərini genişləndirdi. e.ə 230-ci ildə Han padşahlığını tərkibinə qatdı. Vahid və mərkəzləşdirilmiş Çin dövləti yaradıldı. Miladdan əvvəl 221-ci ildə Çin ərazisində yeganə hökmranlıq edən yeganə dövlətə çevrildi .[17] Bu dövrdə süvarilər getdikcə daha çox əhəmiyyət qazanır və bu da köçərilərin təsiri ilə əlaqələndirilir.[18].e.ə. 202-ci ildə Lyu Ban Xan sülaləsinin əsasını qoydu.U-dinin dövründə isə U-di konfitsi təlimini bərpa etdi. O ilk növbədə ordunu təşkil edir. Ağırsilahlı süvari dəstələri yaradılır. Süvarilər nizə, qılınc və ox-yaylasilahlanırlar. Yüngül süvari dəstələri təşkil olunur.Piyadaordu tullama alətləri ilə təchiz edilir. Tullama alətləri daşlan yanm kilometrə qədər ata bilirdi.[19].Sin daga güclü dəmir silah istehsal etməyə başladı.Sin və Han hərbiçiləri dövrün ən inkişaf etmiş silahlarından istifadə edirdilər.Köçəri işğalçılardan qorunmaq üçün Böyük çin səddidə işa olunmuşdu.İmperator U da İpək yolunu rəsmi olaraq açılışını vermişdi.Bununlada çin sülaləri bu yoldan qazanc əldə edirdilər.[5] Şərqi Xanda ordunun əhəmiyyətli bir hissəsi könüllülərdən ibarət idi və müəyyən bir ödəniş qarşılığında xidmətdən yayınmaq olardı[20] Hökumətə mal verənlər, atlar və ya kölələr də xidmətdən azad edilirdi.[21]

Vey və Jin sülalələri (e.ə184-304)

[redaktə | mənbəni redaktə et]

Han dövrünün sonunda yerli hökmdarlar tərəfindən yatırılan kütləvi kəndli qiyamları baş verirdi. Bundan istifadə edərək öz ordularını yaratdılar.Nəticədə, mərkəzləşmiş ordu, Cao Cao'nun komandanlığı altında , Vey krallığını quran Cao Caonun tərəfindən Şimali Çinin əsas hissəsi birləşdirilənə qədər bir-biri ilə güc uğrunda mübarizə aparan yerli komandirlərin rəhbərlik etdiyi bir neçə dəstəyə bölünmüşdü. Cənubi Çin iki krallığa birləşdi - Shu və Wu . Buna görə bu dövrə Üç Krallıq deyilir.[22] Han dövrü ilə müqayisədə Vey krallığının hərbi qüvvələrində ciddi dəyişikliklər baş verirdi.Hərbi peşə irsi bir borc halına gəldi.Bir əsgər və ya komandir öldükdən sonra vəzifə qohumuna miras qalırdı.Əyalət orduları qoşunların əsas orqanı olurdu.Bununlada Mərkəzi ehtiyat rolunu oynayırdı.Bu hərbi sistem, Çinin birləşməsi ilə əlamətdar olan Jin dövründə də davam etdi.Bu dövrlərdə bəzi yeniliklər tətbiq edildi - məsələn, üzəngin görünüşü süvarilərin səmərəliliyini artırırdı.

Ayrılma dövrü (304-589)

[redaktə | mənbəni redaktə et]

304-cü ildə Çində ölkəni zəiflədən vətəndaş müharibəsi baş verdi. Bu fürsətdən istifadə edən "barbar" xalqlar, öz dövlətlərini qurdu və Şimali Çini işğal edərək ələ keçirdi.16-cı ilədək Jin krallığı r-nin şimalındakı bütün torpaqları itirdi. Şimali və Cənubi Çinin silahlı qüvvələri öz yolları ilə inkişaf edirdilər.[23] Şimali Çin ordusunun əsas qüvvəsi köçəri tayfaların süvariləri idi.Köçərilərin yaratdığı bir çox dövlət, ərazinin əhəmiyyətli bir hissəsini geri alan Cənubi Çin tərəfindən məhv edildi.[24] Xianbi istilası 5-ci əsrdə baş verdi.468-ci ilə qədər bütün Şimali Çini fəth etdilər. Qərargahlar təşkil edərək hərbi bir fubin sistemi yaratdılar. Hər qərargah müharibə dövründə və sülh dövründə onlara verilmiş torpaq sahələrində özlərini təmin edərək yaşayan minə yaxın kəndli əsgərinə komandanlıq edirdi.İrsi xidmət Cənubi Çin ordusunda davam etdirildi.Lakin orada böyük feodalların təsiri artdı, bu da siyasi qeyri-sabitlik demək idi.[25] Lakin bu, Cənubi Çin ordusunun böyük qələbələr qazanmasına mane olmadı.

Suy və Tan sülaləsi (589-907)

[redaktə | mənbəni redaktə et]

581-ci ildə Suy sülaləsinin qurucusu Yang Jian, Xianbi hökmdarını devirdi, bütün Şimali Çinin hökmdarı oldu və 589-cu ildə onun hakimiyyəti altında Şimali və Cənubi Çini birləşdirdi.[26] Suy sülaləsi dövründə ilk hərbi akademiyalar yaradıldı.[5] Ordu, Xianbinin tətbiq etdiyi fubin sisteminə əsaslanırdı .Çinin sərhədlərinin Han dövründə bərpa edilməsinə imkan verdi.[27] Tan dövründə böyük piyada qoşunları meydana gəldi. Süvarilər əsas qoşun növü olaraq qaldı. Yaylar əhəmiyyətli bir rol oynamağa davam etdi.[28] Komandir heyəti yetişdirmək üçün məktəblər quruldu.Lakin Tan dövründə dövlət əraziləri satın alınmağa başlandı və dövlət kəndli döyüşçülərinə torpaq vermək qabiliyyətini itirdi və bununla da Fubin sistemi çökdü . 8-ci əsrdə mərkəzləşdirilmiş bir hərbi sistem qurmağa cəhd göstərildi.Lakin bu uğursuz oldu və böhran An Lushan üsyanını daha da artırdı. Ordularını dəstəkləyən yerli generalların gücünün kəskin artmasına səbəb oldu. Nəticədə Tan sülaləsi süquta uğradı və yerli generallar mülk krallıqlarını qurdular.[29]

Yuan sülaləsi (1279-1368 )

[redaktə | mənbəni redaktə et]

Monqollar Son ordusunu məğlub edərək Yuan sülaləsini qurdular .Çinin şimalındakı əksər köçəri xalqlarla eyni hərbi sistemə sahib idi, əsasən ev təsərrüfatları əsasında təşkil edilmiş və xanın təyin etdiyi liderlər tərəfindən rəhbərlik edilən köçəri süvarilərə yönəlmişdi. Bir çox Çinli, donanmanın yaradılmasında və saxlanılmasında Monqollara kömək etdi və Monqol qoşunlarında xidmət etdi, Çin və digər dövlətlərin fəth edilməsində onlara kömək etdilər .[30] Fəthlər Çinin hərbi təcrübəsini qismən mənimsəməklə yanaşı, özləri də təsir etdilər. Barıt silahlarından istifadə etməyə başladılar; və İslam dünyasında Çində istifadə olunan trebuçetlərlə tanış oldular.[31]

Min sülaləsi(1368-1662 )

[redaktə | mənbəni redaktə et]
Od nizə

Bir müddət qiyamçı müharibələrindən sonra 1368-ci ilə qədər Monqol Yuan sülaləsi devrildi. Yeni hökumət düşmən basqınlarına tab gətirə bilən nizami bir ordu yaratmağa çalışırdı. Yongle krallığı dövründə Çin ərazisi yeni fəthlər sayəsində genişləndi və Cənub-Şərqi Asiya və Hind okeanına dəniz səfərləri də edilirdi. Barıt və xüsusən odlu silahlar (Katolik missionerlərinin dəstəyi ilə) inkişaf eledi .

Yeni bir hərbi sistem təşkil edildi.Bu Vey Suo sistemi idi. Ordu, Çin sərhədi boyunca yerləşdirilən bir çox Vey hissəsinə bölündü. Hər bölmə əkinçilik və hərbi təlimlər edərək özünə kifayət edirdi.[32] Bu sistem həmdə əsgərləri irsi olaraq orduda xidmət etməyə məcbur etdi. Bununla birlikdə, bu sistem uzunmüddətli işləmək üçün yararsız olduğu ortaya çıxdı; 1430-cu illərdə Bu sistem yararsız olduğu ortaya çıxdı . Bununlada bu sistem tərk edilməli və peşəkar bir könüllü orduya dönməli idi.[33]

Bu dövrdəki Çin ordusu yüksək döyüş effektivliyi göstərirdi. Lakin, 17-ci əsrdə Kiçik Buz Çağı , fəlakətli bir aclığa səbəb oldu və nəticədə silahlı qüvvələrin əhəmiyyətli bir hissəsi parçalandı. 1620-ci illərdə köhnə Çinin ən böyük hərbi ensiklopediyası Ubei Zhi tərtib edildi.[34] Min sülaləsi dövründə paytaxtda seçilən Qvardiya Qarnizonu əsgərləri üçün oxatma yarışları təşkil olunurdu.[35] İlk Min ordusunu Min sərhədləri boyunca çoxsaylı Vey ya da komandirlərə bölünən Vey-Suo sistemi tərəfində təşkil olunurmuşdu.[32]

Qin sülaləsi (1662-1911 )

[redaktə | mənbəni redaktə et]
Qin Əsgərinin şəkli

1645-ci ildə Çində Mançu Qin sülaləsi quruldu və 1683-cü ilə qədər Çinin Mançu işğalı tamamlandı. Hərbi sistem Mançu modeli üzərində quruldu - Səkkiz Banner Sistemi , Yaşıl Bayraq qoşunları olaraq bilinən Çin bölmələri də orduya daxil edildi və çox sayda Çinli və Koreyalılar zorla hərbi xidmətə çağrılırdı. Qin Çində odlu silahlar ciddi tənəzzülə uğradı və süvari silahlı qüvvələrin əvvəlkindən daha çox hissəsini təşkil etdi.Qing qoşunları müxtəlif istiqamətlərdə uğurla fəaliyyət göstərərək Monqolustan və Sincan ərazilərinin böyük hissəsini yenidən birləşdirməyə və Tibet üzərində nəzarəti gücləndirməyə imkan verdi . 17-ci əsrin ikinci yarısında sərhəd münaqişələrində Rusiya qoşunları ilə toqquşdular . 19-cu əsrdə, Qing ordusunun döyüş effektivliyində onlardan əhəmiyyətli dərəcədə aşağı olduğunu göstərən Avropa ölkələrinin orduları ilə bir neçə müharibə baş verdi. Bu, Avropa standartlarına uyğun olaraq "yeni ordular" ın formalaşmasına məcbur oldu.  Onlar əsasən Çinlilər idi və Çin komandirləri tərəfindən idarə olunurdular, buna görə də görünüşləri Mançuların mövqeyini zəiflədirdi. Sinxay İnqilabı 1911-ci ildə başladı. Qin sülaləsinin devrilməsinə və Çin Respublikasının qurulmasına səbəb oldu.

  1. Orxan Zamanov -müharibə və onun mənşəyi
  2. Li and Zheng (2001), 2
  3. H. G. Creel: «The Role of the Horse in Chinese History», The American Historical Review, Vol. 70, No. 3 (1965), pp. 647—672 (649f.)
  4. Griffith (2006), 21-27
  5. 1 2 3 4 5 6 7 "Arxivlənmiş surət". 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-23.
  6. https://www.academia.edu/42697313/Mystery_of_the_Ancient_Army_Terracotta
  7. Griffith (2006), 55
  8. Graff (2002), 22
  9. John S. Major, Constance A. Cook (2016). Ancient China: A History. Taylor and Francis. pp. 71–72. ISBN 978-1317503668.
  10. Ralph D. Sawyer (2011). "Chapter 12". Ancient Chinese Warfare. Basic Books. ISBN 978-0465023349.
  11. Ralph D. Sawyer (2011). "Chapter 9". Ancient Chinese Warfare. Basic Books. ISBN 978-0465023349.
  12. Sawyer, Ralph D.; Sawyer, Mei-chün Lee (1994), Sun Tzu's The Art of War, New York: Barnes and Noble, pp. 33–34, ISBN 978-1-56619-297-2
  13. Ralph D. Sawyer (2011). "13". Ancient Chinese Warfare. Basic Books. ISBN 978-0465023349.
  14. Lorge, Peter (2012). Chinese Martial Arts: From Antiquity to the Twenty-First Century. Cambridge University Press. pp. 14–15. ISBN 978-0521878814.
  15. 1 2 Lee, Watne E. (2016). Waging War: Conflict, Culture, and Innovation in World History. Oxford University Press. pp. 71–73. ISBN 978-0199797455.
  16. 1 2 Shaughnessy, Edward L. (1988), "Historical Perspectives on The Introduction of The Chariot Into China", Harvard Journal of Asiatic Studies, 48 (1): 189–237, doi:10.2307/2719276, JSTOR 2719276
  17. Yusif Yusifov Qədim şərq tarixi səhfə 485
  18. Li and Zheng (2001), 247—249
  19. Yusif Yusifov Qədim şərq tarixi 487-493
  20. de Crespigny (2007), 564—565 & 1234; Hucker (1975), 166
  21. Bielenstein (1980), 114
  22. Ebrey (1999), 61
  23. Ebrey (1999), 62-63
  24. Li and Zheng (2001), 428—434
  25. Ebrey(1999), 63
  26. Li and Zheng (2001), 554
  27. Ebrey (1999), 76
  28. Ji et al (2005), Vol 2, 19
  29. Ebrey (1999), 92
  30. James P. Delgado. Khubilai Khan's lost fleet: in search of a legendary armada (англ.). — University of California Press, 2008. — P. 225. — ISBN 0520259769.
  31. Paul E. Chevedden: «Black Camels and Blazing Bolts: The Bolt-Projecting Trebuchet in the Mamluk Army», Mamluk Studies Review Vol. 8/1, 2004, pp.227-277 (232f.)
  32. 1 2 Dreyer (1988), 104
  33. Dreyer (1988), 105
  34. Li and Zheng (2001), 950
  35. Foon Ming Liew (1 January 1998). The Treatises on Military Affairs of the Ming Dynastic History (1368-1644): An Annotated Translation of the Treatises on Military Affairs, Chapter 89 and Chapter 90: Supplemented by the Treatises on Military Affairs of the Draft of the Ming Dynastic History: A Documentation of Ming-Qing Historiography and the Decline and Fall of. Ges.f. Natur-e.V. p. 243. ISBN 978-3-928463-64-5.

Orxan Zamanov Müharibə və onun mənşəyi

Yusif Yusifov Qədim Şərq Tarixi

Sun Tzu Müharibə sənəti

Sawyer, Ralph D. Ancient Chinese Warfare (Basic Books; 2011) 554 pages; uses archaeological data, oracular inscriptions, and other sources in a study of Chinese warfare, with a focus on the Shang Dynasty (c. 1766-1122 BC).

Ebrey, Patricia Buckley (1999). The Cambridge Illustrated History of China. Cambridge, England: Cambridge University Press.

Dreyer, Edward L. (1988). "Military origins of Ming China", in Twitchett, Denis and Mote, Frederick W. (eds.), The Ming Dynasty, Part 1, The Cambridge History of China, 7. Cambridge: Cambridge University Press, pp. 58–107, ISBN 978-0-521-24332-2

http://www.ancientmilitary.com/ancient-chinese-military.htm

Graff, Andrew David (2002). Medieval Chinese Warfare: 200-900. Routledge.

Bielenstein, Hans. (1980). The Bureaucracy of Han Times. Cambridge: Cambridge University Press. ISBN 0521225108.

Graff, David Andrew and Robin Higham. A Military History of China (Boulder: Westview Press 2002).

Li, Bo and Zheng, Yin (2001). 5000 years of Chinese history (in Chinese). Inner Mongolian People's Publishing Corp. ISBN 7-204-04420-7.

Sun Tzu, The Art of War, Translated by Sam B. Griffith (2006), Blue Heron Books, ISBN 1-897035-35-7.

Ji, Jianghong et al. (2005). Encyclopedia of China History Vol 1. Beijing publishing house. ISBN 7-900321-54-3.

Ji, Jianghong et al. (2005). Encyclopedia of China History Vol 2. Beijing publishing house. ISBN 7-900321-54-3.

Ji, Jianghong et al. (2005). Encyclopedia of China History Vol 3. Beijing publishing house. ISBN 7-900321-54-3

Sun Tzu Müharibə sənəti

Əlavə linklər

[redaktə | mənbəni redaktə et]

https://history.rin.ru/cgi-bin/history.pl?num=115

Chinese Siege Warfare: Mechanical Artillery and Siege Weapons of Antiquity – An Illustrated History

https://saletur.ru/%D0%9A%D0%B8%D1%82%D0%B0%D0%B9/%D0%A1%D0%B8%D0%B0%D0%BD%D1%8C/sights/1428_%D0%A2%D0%B5%D1%80%D1%80%D0%B0%D0%BA%D0%BE%D1%82%D0%BE%D0%B2%D0%B0%D1%8F_%D0%B0%D1%80%D0%BC%D0%B8%D1%8F_%D0%B8%D0%BC%D0%BF%D0%B5%D1%80%D0%B0%D1%82%D0%BE%D1%80%D0%B0_%D0%A8%D0%B8%D0%A5%D1%83%D0%B0%D0%BD%D0%B4%D0%B8.htm

Military Technology" Visual Sourcebook for Chinese Civilization (University of Washington

https://digitalcollections.anu.edu.au/html/1885/42048/mil_org.html