İsveçrə ittifaqı — 1291-ci ildən 1798-ci ilə qədər Mərkəzi Avropada fəaliyyət göstərmiş dövlət birliyi.
1291-ci ildə Uri, Şvis və Untervalden kantonlarının meydana gətirdiyi üç meşə kantonu nümayəndələri bir Federal Bəyannamə imzaladılar. Bəyannaməyə imza atan tərəflər, o zamanlar Müqəddəs Roma Alman İmperiyasında Avstriya Qraflıqını əlində tutan Habsburq xanədanının hökmünə qarşı çıxa bilmək üçün birləşməyi təklif edirdilər. 15 Noyabr 1315-ci ildə Morgarten Vuruşmasında Habsburg ordusunu məğlub oldu. İsveçrəlilər, Müqəddəs Roma German İmperiyası içində İsveçrə İmperiyasın Konfederasiyasının varlığını güvən altına aldılar.
1353-ci ildə gəlindiyində ilk birləşən üç kantona əlavə olaraq Qlarus və Zug kantonlarıyla Lüzern, Sürix və Bern şəhər dövlətləri də birliyə qatılaraq XV əsrə qədər varlığını davam etdirən (Sürix bir torpaq anlaşılmazlığı səbəbiylə 1440-cı ildə konfederasiyadan atılmışdır) və səkkiz əyalətdən ibarət olan "Köhnə Federasiyası" qurdular.1470-ci ildə Bourgogne Qraflıqı I Çarlza qarşı qazandıqları zəfərlər və İsveçrə pullu əsgərlərinin müvəffəqiyyətləriylə federasiyanın həm gücü həm də zənginliyi artdı. İsveçrə kantonları sıralaması edilərkən ənənəvi olaraq, şəhər dövlətlərini ardınca qurucu kantonlar ilk səkkiz "Köhnə Kanton" olaraq qabaqda deyilir, 1481-ci ildən sonra federasiyaya qatılan digər kantonlar tarix sırasına görə düzülər. Müqəddəs Roma German İmperatoru I. Maximiliana qarşı İsveçrəlilərin 1499-cu ildə qazandığı zəfər nəticəsində, İsveçrə, Müqəddəs Roma German İmperiyasından ayrılıb de facto müstəqilliyini qazanmışdır.
1506-cı ildə II. Julius, indiki vaxtda hələ Vatikanı qoruyan İsveçrəli Gözətçiləri işə götürdü. Federasiyanın genişləməsi və ilk döyüşlərdə əldə edilən məğlub olmamaqla qazanılan məşhurluq. 1515-ci ildə Marignano Vuruşmasındakı İsveçrə uduzması ilə ilk dəfə dayandı. Bəzi kantonlarda Huldrych Zwinglinin İslahatının müvəffəqiyyətli olması 1529 və 1531 illərində kantonlararası döyüşlərin (Kappeler Kriege) çıxmasına səbəb oldu. Katolik və Protestant kantonlar arasında anlaşılmazlığın davam etməsi üzərinə 1656 və 1712 illərində Villmergen Vuruşmaları ilə qarşılıqlı şiddət davam etmişdir. 1648-ci ildə Westfalya Barış Andlaşması ilə Avropalı ölkələr İsveçrənin Müqəddəs Roma German İmperiyasından ayrılmasını və tərəfsizliyini tanıdı.
XVI əsr Avropasında İsveçrə respublika qaydaları olan tək-tük ölkələrdən idi. Onun şəhərləri və torpaqları hüquqi cəhətdən Müqəddəs Roma impriyasına daxil idi, lakin 1499-cu ildə Şvabiya müharibəsində qalib gələndən sonra, onlar imperiya hakimiyyət orqanlarından müstəqil şəkildə yaşamağa başladılar.
XVI əsrdə İsveçrə ittifaqının ərazilərinin formalaşması demək olar ki, başa çatdı. Əsrin əvvəllərində daha 3 kanton ittifaqa qoşulur və ümümi sayı 13 olur. XVIII əsrin sonuna qədər kantonların sayı dəyişməz qalır. Cenevrə isə 1584-cü ildə məhdudlaşdırılmış muxtariyyat statusu alır. XVI əsrdə İsveçrənin əhalisi 1 milyona çatır. Ən mühüm şəhər mərkəzləri Bazel və Cenevrə, Sürix və Bern idi.
Öz siyasi quruluşuna görə İsveçrə konfederasiya olub suveren şəhər-respublikaların və özünüidarəçiliyə malik kəndlərin ittifaqı idi. İttifaqın üzvləri arasında vahid müqavilə yox idi. İsveçrənin daimi mərkəzi orqanları, daimi ordusu, ümumi xəzinəsi, ümumi məhkəməsi də yox idi. Bütün konfederasiyanın ali idarəçilik orqanı olan taqzatsunq kantonlardan olan nümayəndələrin yığıncağı idi. O, dəqiq müəyyən olunmuş səlahiyyətlərə malik deyildi və xüsusi çağırılma müddəti də yox idi.
İsveçrdə əhalinin böyük bir hissəsini şəxsən azad olan kəndlilər təşkil edirdi. Kənd kantonlarında kəndlər öz daxili işlərini həll edirdilər.
Adətən hər il şəhər magistratlarına seçkilər keçirilirdi. Sürixdə, Bazeldə şəhər idarəçiliyində sex aliləri, Berndə, Lüserndə şəhər əyanları aparıcı rol oynayırdı.
Təbii şəraitlə bağlı olaraq ölkənin ayrı-ayrı vilayətlərinin təsərrüfat imkanları da kəskin fərqlənirdi. Əkinçilik üçün əlverişli torpaq İsveçrədlə çatışmırdı. İsveçrənin mərkəzi kantonları taxılı demək olar ki, idxal edirdilər. Kəndlilərin feodal asılılığı formaları İsveçrdə qonşu ölkələrə nisbətən zəif inkişaf etmişdi. XVI əsrə doğru bir çox kənd icmaları öz dünyəvi və ruhani sahibkarlarından azad olur və demək olar ki, yalnız azad kəndlilərdən ibarət olur. Saxlanmış bəzi mükəlləfiyyətlər pul rentası ilə əvəz edilir. Kəndlilər arasında əmlak bərabərsizliyi artır.
İsveərinin dağlıq rayonları üçün maldarlığın inkişafı səciyyəvi idi. Burada əsasən iri buynuzlu mal-qara yetişdirilirdi. İsveçrə ət məhsulları ilə nəinki öz daxili tələbatını ödəyirdi, eyni zamanda onu qonşu ölkələrə idxal edirdi.
Şəhərlərdə əsas sənətkarlıq sahələri mahud və kətan istehsalı idi. Bu sahələrdə sex sistemi saxlanmışdı. Yeni yaranan sahələrdə – kitab çapında, saatsazlıqda mərkəzləşmiş manufakturalar yaranır.
XVI əsrdə İsveçrnin təsərrüfat həyatında daha bir yenilik bankların açılması olur. Hərçənd ki, ən varlı İsveçrə tacirləri belə Avropa ölçülərinə hələ çata bilmirdilər – çünki ölkədə iri kapital çatışmırdı.
Reformasiya ərəfəsində Roma katolik kilsəsində gedən böhran İsveçrədə də Almaniyada olduğu kimi aydın nəzərə çarpırdı. XVI əsrin əvvəllərində kilsə idarəçiliyi sərhədələri dövlətlərin sərhədləri ilə üst-üstə düşmürdü. İsveçrə torpaqlarının daxil olduqları yepiskopluqlara qonşu ölkələrin də bəzi əraziləri daxil idi.
İsveçrdə kilsənin və ruhanilərin tənqidi ilə bağlı ideyaların əsas daşıyıcıları humanistlər idi. Onların da cəm olduqları ən mühüm mərkəz – Bazel idi, Rotterdamlı Erazm da uzun müddət bu şəhərdə yaşamışdı.
İsveçrə Reformasiyası tarixində ölkənin muzdlu hərbi xidmətlə bağlı ənənələri böyük rol oynamışdır. Kiçik ölkə olan İsveçrə öz hərbi əhəmiyyətinə görə Avropanın ən iri qüvvələrindən idi. XV əsrin sonlarından isveçrəlilər fransız kralının muzdlu dəstələri kimi İtaliya müharibələrində iştirak etmişdilər. Lakin bir müddət sonra muzdlular Roma papasının tərəfinə keçir. 1516-cı ildə kral I Fransisk isveçrəliləri məğlub etməsinə baxmayaraq, onlarla «əbədi sülh» bağlayır. 1521-ci ildə Fransa ilə bütün kantonlar (Sürixdən başqa) arasında müttəfiqlik haqqında müqavilə imzalanır. Müqaviləyə görə, Fransa kantonlrın ərazisində bir neçə min muzdlu əsgər toplamaq hüququ qazanır. Bunun əvəzində İsveçrə başqa bir dövlətin hücumu şəraitində fransız süvari dəstələrinin və artilleriyasının köməyinə arxalana bilərdi. Bundan əlavə, İsveçryə ticarət imtiyazları – Fransaya sərbəst gediş-gəliş və ticarət hüququ verilirdi.
Bununla yanaşı, 1521-ci il müqaviləsi muzdlu toplamaq sistemini uzun müddətə ölkədə möhkəmlətmiş oldu. Zaman keçdikcəmuzdlular hərbi talanlara öyrənir və dinc əməkdən uzaqlaşır. Bu isə ölkənin təsərrüfatı üçün neqativ bir hal idi. Muzdluluq sistemini ilk dəfə kəskin şəkildə Reformasiyanın görkəmli nümayəndəsi Ulrix Svinqli tənqid edir.
Hələ 1516-cı ildə, yəni Lüterdən əvvəl, Svinqli Reformasiya xarakterli ideyalarla çıxış edir. 1519-cu ildən başlayaraq Svinqli Sürixdə özünün xüsusi İncil təlimini yaymağa başlayır.
Svinqlinin təlimi lüterçiliyə oxşasa da, böyük fərqləri də var idi. Lüter kimi, Svinqli də Müqəddəs Kitaba əsaslanırdı. Onun üçün erkən xristian kilsəsi ideal idi. Svinqli kilsə iyerarxiyasını, rahibliyi, ziyarətləri qəbul etmirdi. Katolik kilsə ayinlərinin tənqidində o, Lüterdən irəli getmişdi.
Svinqlinin siyasi mövqeyi də Lüterdən kəskin fərqlənirdi. Hələ gənc yaşlarından vətənpərvər olan Svinqli respublikaçılığın tərəfdarı idi. Xüsusilə bu, onun antihabsburq təbliğatında aydın hiss olunur. Siyasi və sosial dəyişikliklərin keçirilməsini o, dünyəvi hakimiyyətə aid edirdi. Tiranlara itaət etməyi Svinqli böyük günah sayırdı.
1523-cü ildə Sürix magistratının qərarı ilə Svinqli 2 disput keçirir, bu disputlarda onun ideyaları bəyənəlir və şəhər şurası Sürixdə reformasiyaya başlayır. Kilsədən ikonalar çıxarılır, monastrlar ləğv olunur, onların əmlakı dünyəvi hakimiyyətə keçir. Kilsə iclası da dəyişdilir: indi ruhaniləri dindarlar özləri seçirdilər.
Svinqlinin sosial ideyaları da İsveçrdə geniş əks-səda yaratmışdı. O, sələmçiliyə və inhisarçılığa qarşı çıxır, şəxsi asılılığın ləğb edilməsini vacib sayırdı. Sürix kantonunda Svinqli təlimi çoxlu tərəfdar tapsa da, onun görüşlərilə razılaşmayanlar da var idi. Bu adamların içərisində anabaptistlər («yenidən xaç suyuna salınanlar») təriqəti yaranır. Bu təriqət 1519-cu ildə Sürixdə yaranır və Avropaya da yayılır. Mövcud kilsə təşkilatlarını, o cümlədən Svinqli təşkilatını rədd edən anabaptistlər Tanrı hakimiyyətinin tezliklə qurulacağına inanırdılar. Svinqli anabaptistlərə qarşı kəskin çıxış edir. Sürixin hakimiyyət orqanları onları təqib etməyə başlayır.
1523-1529-cu illərdə Svinli təlimi Bern, Qlarus, Bazel, daha sonra Yuxarı Almaniyada yayılır. 1529-cu ildə Hessen landqrafı Filipp lüterçilərin və svinqliçilərin siyasi birləşməsində maraqlı olduğundan, Marburq şəhərində Lüterlə Svinqlinin görüşünü keçirir. Siyasi məsələlərdə kəskin fikir ayılığı landqrafın bu cəhdini boşa çıxarır. Lüter Yuxarı Almaniyada Svinqli təliminin yayılmasına qarşı kəskin şəkildə çıxmağa başlayır. Sürix İsveçrənin katolik kantonlarını blokadaya almaqla, burada Reformasiya həyata keçirməyə çalışır. Kantonlarda vətəndaş müharibəsi başlayır. Münaqişə gedişində Svinqli özü də həlak olur (1531) və katoliklər qalib gəlir.
1530-cu illərin ortalarından başlayaraq İsveçrədə Reformasiya ideyalarının inkişafı Jan Kalvinin (1509-1564) adı ilə bağlıdır. Onun təlimi Avropanın, o cümlədən Fransanın da reformasiya hərəkatına böyük təsir göstərmişdir.
Fransada protestantların təqib olunması səbəbəindən Jan Kalvin 1534-cü ildə ölkəni tərk edir. 1536-cı ildə Bazeldə onun «Xristian dini haqqında nəsihətlər» adlı kitabı dərc olunur. Elə həmin il Kalvin Cenevrəyə gəlir. Cenevrdə gedən siyasi mübarizə dini münaqişələrlə müşayiət olunurdu. Kalvin Reformasiya tərəfdarlarına rəhbərliyi ələ alı rvə öz təlimini təbliğ etməyə başlayır.
Kalvin teologiyasında mərkəzi yer Tanrının dərki probleminə aid idi. Kalvin üçün Tanrı – dünyanın suveren hakimi idi. Bundan çıxış edən Kalvin «ikili tale» konsepsiyasını irəli sürür. O, hesab edir ki, Tanrı hələ bəşəriyyəti yaratmazdan əvvəl, hər bir insanın taleyini müəyyən etmişdir. Bu taleyi dəyişmək və ya ondan qaçmaq olmaz. İnsan yalnız ondan asılı olmayan qüvvələri dərk etməklə kifayətlənə bilər.
Tanrının qüdrətini dərk etməklə insan eyni zamanda Müqəddəs Kitabda yazılanlara ciddi əməl etməlidir. Kalvin müqəddəs adamlara, insanalara sitayiş edilməsinin qəti əleyhinə çıxır. Kalvinçi məbədlərdən bütün xaçlar, şamlar, ikonalar çıxarılır. Kalvinin təqdim etdiyi kilsədə iyerarxiya yox idi, bunun əvəzində özünüidarə prinsipi ilə fəaliyyət göstərən icmalar var idi. İcma başçıları seçilirdilər və cima üzvləri onların fəaliyyətinə nəzarət edirdi. İcmalar muxtar idilər, lakin bir-birilərilə sıx əlaqə saxlayırdılar.
Lüter və Svinqli kimi, Kalvin də dövləti Tanrının qaydası kimi qəbul edirdi, hakimiyyətin əsas vəzifəsinin isə cəmiyyətə xidmət etmək olduğunu bildirirdi. Lakin Lüterdən fərqli olaraq Kalvin tiranların hakimiyyətinə qarşı çıxırdı. Əgər tiranlar inam məsələlərinə mane olurlarsa, onlaraq qarşı mübarizə aparmaq – müqəddəs borcdur. Lüterə görə, tiranı Tanrı özü cəzalandıracaq. Svinqli tiraniyaya müqavimət göstərməyi icmanın bir hüququ sayır. Kalvin isə tiraniyaya qarşı mübarizəni dini borc hesab edir.
Ən yaxşı idarəçilik üsulunu Kalvin oliqarxik respublikada görürdü və hesab edirdi ki, onun bütün strukturlarını qarşılıqlı şəkildə islah etmək mümkündür.
İsveçrədə, ölkənin siyasi quruluşu ilə əlaqədar, Reformasiyanın inkişafı ayrı-ayrı şəhərlər çərçivəsində baş verirdi. Bu isə Reformasiyaya müxtəlif yerli xüsusiyyətlər verirdi.
1541-ci ildən başlayaraq Kalvin Cenevrədə magistratın siyasətinə müəyyən təsir göstərirdi və onun nəzəriyyəsinin əksinə olaraq, şəhərdə faktiki teokratik rejim bərqərar olur. Zaman keçdikcə şəhər hakimlərinin heç bir qərarı Kalviin təsdiqi omladan qüvvəyə minmir. Cenevrədə onun təklifi ilə ciddi kilsə nizam-intizamı bərqərar olur. Şəhər bir neçə məhəlləyə bölünür və sistemli şəkildə məhəllərin təftişi keçirilir. Nəinki söyüş söymək, əyləncələr keçirmək, həm də teatr təşkil etmək də qadağan olunmuşdu. Qaydalara əməl etməyənlər şəhərdən qovulurdu, hətta edam olunurdu. Kalvinin şəhərdəki fəaliyyətinin 6 ili ərzində şəhərdə 58 nəfər edam olunmuş, 76-ı isə şəhərdən qovulmuşdu.
Kalvinin başqa təriqətlərə münasibətdə dözümsüzlüyü ilə əlaqədar ona «Cenevrə papası» adı verilmişdi. Bununla yanaşı, şəhər sakinlərinin əksəriyyəti Kalvin təliminə ürəkdən inanır və onun tələblərini diktatorluq hesab etmirdilər.
Kalvinizmin Avropada yayılması onun müxtəlif növlərinin yaranmasına gətirib çıxarır. Kalvin nəzəriyyəsi və Kalvin praktikası da bir-birindən fərqlənirdi.
XVI əsrin ikinci yarısı Roma-katolik kilsəsinin açıq çıxışına gətirib çıxarır. Bu ideoloji mübarizədə İsveçrənin katolikləri də iştirak edirdi. Katoliklərin ən görkəmli nümayəndəsi isə Milan arxiyepiskopu kardinal Karlo Borromeo idi. O, xüsusi olaraq İsveçrəyə «nəzarət» edirdi. Digər bir kontrreformator – fanatik katolik Lüdviq Pfeffer idi. Borromeonun təklifilə papa İsveçrədə daimi nunsiy vəzifəsi təsis edir. 1568-ci ildə 7 kanton – Şvits, Uri, Untervalden, Lüsern, Freyburq, Zoloturn və Tsuq öz aralarında «Qızıl ittifaq» bağlayır. İttifaq üzvləri hətt a silah gücünə katolikliyi qoruyacaqlarına söz verirlər. 1587-ci ildə 7 kantondan 6-ı İspaniya kralı II Filipplə separat sülh bağlayır.
Dini ziddiyyətlər elə kəskin şəkil alır ki, konfederasiyanın parçalanması təhlükəsi yaranır.
1594-cü ildə Pfefferin ölümü ilə İsveçrə katolikləri güclü rəhbərdən məhrum olur. Fransada IV Henrinin hakimiyytə gəlməsi və 1598-ci ildə Nant ediktinin verilməsilə ölkədə vətəndaş müharibələri sona yetir. Elə həmin il katolik kantonların ittifaqda olduğu II Filipp də vəfat edir.
Bütün bu amillər ölkədə kontrreformasiyanı zəiflədir. 1602-ci ildə bütün kantonlar Fransa ilə ittifaqı təzələyir. Bunun müqabilində IV Henri isveçrəlilərə 1 milyon taler pul ödəyir. Həmin vaxtdan İsveçrədə ayrı-ayrı dini münaqişələr baş versə də, ümumilikdə dini dözümlülük siyasəti möhkəmlənir.
XVII əsrin ortaları İsveçrə ittifaqının inkişafında mühüm dəyişikliklər olur: 1648-ci il Vestfal sülhünə görə, İsveçrə ittifaqı Müqəddəs Roma imperiyasını münasibətdə hər cür asılılıqdan çıxır və faktiki suverenliyi beynəlxalq aləmdə rəsmən də tanınır.