Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Əhmədov Qəhrəman Məmmədəli oğlu (7 oktyabr 1953, Gürcüstan SSR) — "Azvirt" MMC-nin baş direktorunun elmi işlər üzrə müavini, Texniki elmlər doktoru (2017), Əməkdar Mühəndis (2011), MDB ölkələrinin Fəxri yol işçisi (2012), Nəqliyyat doktoru, Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki.
Qəhrəman Əhmədov | |
---|---|
Qəhrəman Məmmədəli oğlu Əhmədov | |
Doğum tarixi | |
Doğum yeri |
SSRİ Gürcüstan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Dini | İslam |
İxtisası |
Tikinti mühəndisi Avtomobil yolları mütəxəssisi Maliyyə və kredit mütəxəssisi |
Təhsili |
Azərbaycan İnşaat Mühəndisləri İnstitutu Azərbaycan Dövlət İqtisad Universiteti |
Elmi dərəcələri |
Texniki elmlər doktoru Nəqliyyat doktoru Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki |
Mükafatları |
Əməkdar Mühəndis Fəxri yol işçisi |
Vikianbarda əlaqəli mediafayllar |
Əhmədov Qəhrəman Məmmədəli oğlu 7 oktyabr 1953-cü ildə Gürcüstan SSR-də anadan olmuşdur.
1970-ci ildə Tbilisi şəhərində orta məktəbi bitirmişdir.
1976-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Nəqliyyat" fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisas üzrə tikinti mühəndisi, avtomobil yolları mütəxəssisidir. Bundan başqa, Azərbaycan Dövlət İqtisadiyyat Universitetini (maliyyə və kredit mütəxəssisi) və Azərbaycan Patentləşdirmə İnstitutunu (ekspert-patentçi mütəxəssisi) fərqlənmə ilə bitirmişdir.
İstehsalatdan ayrılmadan Ümumittifaq Dövlət Yol Elmi-Təqdiqat İnstitutnun (SOYUZDORNİİ) aspiranturasını bitirərək, 1988-ci ildə "Azərbaycan SSR şəraitində yol örtüklərində bitumtərkibli süxurların tətbiqi" mövzusunda disertasiyanı müvəffəqiyyətlə müdafiə etmiş və texniki elmlər namizədi, alimlik dərəcəsi almışdır.
"Təbii-iqlim və qrunt-hidroloji şərayətlarini nəzarət almaqla beynəlxalq avtomobil yollarının qeyri-şərt yol geyimlərinin layihələndirilməsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiya müvəfaqiyyətlə müdafiə edib. İxtisas 05.23.11 — Yolların metropolitenlərin, aeroportların, körpülərin və naqliyyət tunellərin tikintisi və layihəndirilməsi.
1976–1977-ci illərdə "Azəryollayihə" Layihə İnstitutunun böyük mühəndisi;
1977–1978-ci illərdə Azərbaycan Respublikası Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Texniki İdarəsində böyük mühəndis, böyük ekspert;
1978–1985-ci illərdə Azərbaycan Respublikası Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyınin Elmi-Tədqiqat Laboratoriyasında elmi işlər üzrə direktor müavini;
1985 −1990-cı illərdə Azərbaycan Respublikası Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Elmi-Tədqiqat Laboratoriyasının direktoru;
1990 −1993-cü illərdə Azərbaycan Respublikası "Avtoyol" İstehsalat Birliyinin baş mühəndisi;
1993–1994-cü illərdə Azərbaycan Respublikası "Azəravtoyol" Dövlət Şirkətinin vitse-prezidenti;
1994–1996-cı illərdə "AzərSənayeTikintiMaterialları" Dövlət Şirkətinin Xarici İqtisadi Assosiyasiyasının baş direktorunun birinci müavini; "Bakfininvestbank"ın Idarə Heyətinin Sədrinin birinci müavini və Müşahidə Şurasının sədri;
1996–1997-ci illərdə Xüsusi Quraşdırma Tikinti Nazirliyi "Santexquraşdırma" İstehsalat Birliyinin rəis müavini;
1997–1998-ci illərdə "Azərbaycannəqliyyatyoltikinti" Dövlət Şirkətinin vitse-prezidenti;
1998–2004-cü illərdə "AzQur" Səhmdar Cəmiyyətində tikinti rəisi, icraçı direktoru;
2004–2014-cü illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də magistral yolların tikintisinin Layihə İdarəetmə Qrupunun direktoru vəzifəsində işləmişdir.
2014–2017-ci illərdə "Azvirt" MMC-nin direktorunun müavini vəzifəsində işləmişdir.
2018-ci ildən "Azvirt" MMC-nin baş direktorunun elmi işlər üzrə müavini calışır.
Əmək fəaliyyəti avtomobil yollarının və körpülərin layihələndirilməsini, tikintisi və istismarını, elmi-təqdiqat işlərinin tətbiqini əhatə edir.
Q. M. Əhmədovun rəhbərliyi ilə respublikanın yol-körpü tikintisi sahəsində mütərəqqi texnologiyaların elmi-tədqiqat işləri tədqiq və tətbiq edilmişdir. Körpülərin qorunması, müayinəsi, sınağı və istismar ömrünün uzadılması üçün onun əhəmiyyətli tövsiyələri həyata keçirilmişdir.
Nəqliyyat tikintisini əhatə etdiyi fəallyyət dövründə onun rəhbərliyi altında çoxsaylı avtomobil yolları, o cümlədən 200 km-ə yaxın 4–12 zolaqlı beynəlxalq əhəmiyyətli magistral yolları, 30-dan çox 2–3 səviyyəli nəqliyyat qovşaqları, müasir körpülər, idman kompleksləri, avtovağzal və s. tikilib istismara verilmişdir. Belə ki, Bakı dairəvi avtomobil yolu; Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Hava Limanı — Mərdəkan dairəsi — Bilgəh — Novxanı — Sumqayıt avtomobil yolu, Bakı-Ələt avtomobil yolunun 2–6 km hissəsi (bayraq meydanı), H. Əliyev prospektindən Z. Bünyadov prospektinə paralel Olimpiya stadionuna gedən yol, Qala-Pirallahı avtomobil yolu, Buzovna-Mərdəkan-Qala avtomobil yolu, Nobel prospektinə paralel yol, Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun asfaltbeton örtüklü hissələri, Hacıqabul – Kürdəmir — Ucar – Yevlax avtomobil yolu, Altıağac – Xızı, Quba-Qusar avtomobil yolları, 2016-cı ildə "Formula-1 Avropa Qran Pri" yarışlarının keçirilməsi üçün xüsusi trası və digər I–II texniki dərəcəli avtomobil yolları və qurğuları məhz onun rəhbərliyi altında tikilmiş və ya yenidən qurulmuşdur.
Q. M. Əhmədov, 1993–1994-cü illərdə milli ekspert kimi dünya kredit təşkilatlarında – Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı, ESKAF və digər beynəlxalq maliyyə qurumlarında Azərbaycan Respublikasının rəsmi təmsilçisi olmuşdur.
O, 21 fevral 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda nəqliyyat-yol infrastrukturunun inkişafındakı xidmətlərinə görə "Əməkdar Mühəndis" fəxri adına layiq görülmüşdür.[1].
2012-ci ildə isə ona MDB ölkələrinin Hökumətlərarası Yol İşçilərinin Şurası tərəfindən "Fəxri yol işçisi" adı verilmişdir.
Yol örtüklərinin tikinti texnologıyası sahəsində (bitumtərkibli süxurların, çox xırda dənəli qumların, astaltbeton qarışıqların tərkibində karbohidrogen mənşəli müxtəlif əlavələrin, artan yüklənmə nəzərə alınaraq müasir yol konstruksiyalarının, şaquli yol iqlim zonalarına bölgüsünün elmi araşdırması və tətbiqi, və s.) 100-dən çox nəşr edilmiş elmi məqalələrin, 10 ədəd ümumittifaq və Respublika İnşaat Normalarının (BCH və RCH) və 2 ixtiranın (asfaltbeton qarışığı -müəllif şəhadətnaməsi N-1726427 və yol nişanlamasında termo plastikin tərkibi — müəllif şəhadətnaməsi N-1594158) müəllifidir.
1988-ci ildə Moskvada Ümumittifaq dövlət yol Elmi Tədqiqat İnstitutunun aspiranturasını bitirmiş və həmin il müvafəqiyyətlə namizədlik dissertasiyini müdafiə etmişdir. Texniki elmlər namizədir. İxtisas 05.23.05 — Tikinti materialları.
2012-ci ildə Moskvada nəşr edilmiş "Yol geyiminin müasir konstruksiyası", 2013-cü ildə "Beynəlxalq avtomobil yolları" adlı kitabların müəllifldir.
2014-cü ildə Almaniya Milli Kitabxanasının nəşriyyatı tərəfindən dərc olunan "Beynəlxalq avtomobil yolları üçün yükartımı şəraitində yol geyimlərinin konstruksiyaları" monoqrafiyasının müəllifldir. Bu kitab Almaniya Milli Kitabxanası tərəfindən Alman Kitab Kataloquna daxil edilmişdir. Adı çəkilən kitablardan hal-hazırda MDB ölkələrinin universitetlərində dərslik vəsaiti kimi istifadə olunur.
2017-ci ildə "Təbii-iqlim və qrunt-hidroloji şəraitlarini nəzarət almaqla beynəlxalq avtomobil yollarının qeyri-şərt yol geyimlərinin layihələndirilməsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiya müvəfaqiyyətlə müdafiə edib. İxtisas 05.23.11 — Yolların metropolitenlərin, aeroportların, körpülərin və naqliyyət tunellərin tikintisi və layihəndirilməsi.
Qəhrəman Əhmədov texniki elmlər doktorudur, nəqliyyat doktoru, Beynəlxalq Nəqliyyat Akademiyasının akademikidir.
Moskva, Praqa, Brno, Kiyev, Minsk, Riqa və Almaata kimi şəhərlərdə bir çox beynəlxalq konfranslarda iştirak etmiş və geniş mövzulu çıxışları ilə yadda qalmışdır.
MDB, Türkiyə, Çexiya, Slovakiya, Avstriya, İran İslam Respublikası, Pakistan, Küveyt və Birləşmiş Ərəb Əmirliyi Beynəlxalq Maliyyə İnstitutlarının kredit təşkilatları ilə çoxillik münasibətləri, bu sahədəki biliyi, təcrübəsi, və səriştəliyi ona avtomagistral və körpülərin müasir texnologiyalarla layihələndirilməsində və tikintisində böyük imkanlar yaratmışdır.
Q. Əhmədov ailəlidir, iki oğlu, dörd nəvəsi vardır.