Qəhrəman Əliyev (şair)

Qəhrəman Məhərrəm oğlu Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində doğulmuşdur. 1963-cü ildə Lerik şəhər 1 saylı orta məktəbi bitirmiş, 1963–1967-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil almışdır. Təhsil illərində fakültə Komsomol Komitəsi katibi işləmişdir. Ali Partiya Məktəbində oxumuş, 1973-cü ildə oranın Jurnalistika şöbəsini bitirmişdir.

Qəhrəman Əliyev
Qəhrəman Məhərrəm oğlu Əliyev
Doğum tarixi (79 yaş)
Doğum yeri Lerik, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti şair
Əsərlərinin dili azərbaycan dili

1967–1971-ci illərdə müəllim; rayonun "Bolluq" qəzetində şöbə müdiri, Rayon Partiya Komitəsində şöbə müdiri və qəzet redaktoru müavini vəzifələrində çalışmışdır.

1979-cu ildə RPK-nin Təbliğat və Təşviqat şöbəsi müdiri, 1982–87-ci illərdə RPK-nin II Katibi, 1987–91-ci illərdə Rayon İcraiyyə Komitəsinin sədri, 1991-ci ildən 1994-cü ilədək Rayon İcra Hakimiyyətinin başçısı müavini, 1994–1996-cı illərdə Rayon Mədəniyyət şöbəsinin müdiri, 1996–2003-cü illərdə Rayon Təhsil şöbəsinin müdiri işləmiş və təqaüdə çıxmışdır.

Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. Tələbəlik illərindən şeir yazmağa başlamış, indiyədək beş kitabın -"Könlüm vurulub Lerikdə" (2005), "Ötən əsrdən soraqlar" (2006, "Gəlimli-gedimli dünya"(2007), "Gəl dağlarla görüşə"(2007), "Ürəyimin dünya dərdi" (2009) və 200-ə dən artıq elmi-publisistik məqalənin müəllifidir. "İlin vətənpərvər ziyalısı" fəxri adına layiq görülmüşdür. Rayon Ağsaqqallar Şurası üzvüdür. Lerikdə yaşayır.

  • "Könlüm vurulub Lerikdə" (2005),
  • "Ötən əsrdən soraqlar" (2006,
  • "Gəlimli-gedimli dünya"(2007),
  • "Gəl dağlarla görüşə"(2007),
  • "Ürəyimin dünya dərdi" (2009)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]