Qəhrəman Məhərrəm oğlu Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində doğulmuşdur. 1963-cü ildə Lerik şəhər 1 saylı orta məktəbi bitirmiş, 1963–1967-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil almışdır. Təhsil illərində fakültə Komsomol Komitəsi katibi işləmişdir. Ali Partiya Məktəbində oxumuş, 1973-cü ildə oranın Jurnalistika şöbəsini bitirmişdir.
Qəhrəman Əliyev | |
---|---|
Qəhrəman Məhərrəm oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Lerik, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | azərbaycan dili |
1967–1971-ci illərdə müəllim; rayonun "Bolluq" qəzetində şöbə müdiri, Rayon Partiya Komitəsində şöbə müdiri və qəzet redaktoru müavini vəzifələrində çalışmışdır.
1979-cu ildə RPK-nin Təbliğat və Təşviqat şöbəsi müdiri, 1982–87-ci illərdə RPK-nin II Katibi, 1987–91-ci illərdə Rayon İcraiyyə Komitəsinin sədri, 1991-ci ildən 1994-cü ilədək Rayon İcra Hakimiyyətinin başçısı müavini, 1994–1996-cı illərdə Rayon Mədəniyyət şöbəsinin müdiri, 1996–2003-cü illərdə Rayon Təhsil şöbəsinin müdiri işləmiş və təqaüdə çıxmışdır.
Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. Tələbəlik illərindən şeir yazmağa başlamış, indiyədək beş kitabın -"Könlüm vurulub Lerikdə" (2005), "Ötən əsrdən soraqlar" (2006, "Gəlimli-gedimli dünya"(2007), "Gəl dağlarla görüşə"(2007), "Ürəyimin dünya dərdi" (2009) və 200-ə dən artıq elmi-publisistik məqalənin müəllifidir. "İlin vətənpərvər ziyalısı" fəxri adına layiq görülmüşdür. Rayon Ağsaqqallar Şurası üzvüdür. Lerikdə yaşayır.