Qəhrəman ana

Qəhrəman AnaSSRİ-də çoxuşaqlı analara verilən fəxri ad. Ad və eyniadlı orden SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 iyul 1944-cü il tarixli qərarı ilə təsis edilib.

Qəhrəman ana

Ölkə
Tip SSRİ-nin ən yüksək mükafatları, orden
Statistika
Təsis tarixi 8 iyul 1944
Təltif sayı təq. 431.000
Ardıcıllıq
Yüksək mükafat "Oraq və Çəkic" medalı
Aşağı mükafat "Qələbə" ordeni, "Analıq şöhrəti" ordeni[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycanda çoxuşaqlı analara keçmiş SSRİ dövründə daha çox rast gəlinib. Amma sovetlər ölkəsində, o cümlədən Azərbaycanda hansısa qadının 18 övlad dünyaya gətirdiyi barədə heç yerdə məlumat getməyib. Bununla belə, sovet hökuməti 10 və daha çox uşaq doğub böyüdən qadınların sosial qayğısını ittifaq dağılan günədək diqqət mərkəzində saxlayıb. Belə qadınlar həm də "Qəhrəman ana", "Şöhrət", "Analıq şöhrəti", "Analıq şərəfi" ordenləri, "Arxa cəbhədə fədakar əməyə görə", "Rəşadətli əməyə görə" kimi orden və medallarla fərqləndirilib. Pensiya təminatı zamanı məhz bu insanlara böyük güzəştlər olunub.

Sovet hökumətinin müxtəlif orden və medalları, o cümlədən "Qəhrəman Ana" ilə təltif etdiyi qadınlardan Azərbaycanda indi də yaşayan var. Amma onların nə hansısa sosial güzəştləri qüvvədədir, nə də dəqiq sayı bilinir.

Azərbaycanda "Qəhrəman ana"ların sayı barədə sonuncu statistik hesablama 2005-ci ildə aparılıb. Həmin il 10 və daha çox uşaq doğub tərbiyə etmiş pensiyaçıların sayı 17 min 640 nəfər olub. Onlardan 17 199 nəfəri "Qəhrəman ana", 708 nəfəri isə "Qəhrəman Ana" medalı ilə yanaşı, "Şöhrət", "Analıq şöhrəti", "Analıq şərəfi" ordenləri, "Arxa cəbhədə fədakar əməyə görə", "Rəşadətli əməyə görə" medalları və digər orden və medallarla təltif edilib.

Son hesablamalara görə, Azərbaycanda hər 100 pensiyaçı "Qəhrəman ana"ya 103 uşaq düşür. Respublikada "Qəhrəman ana"ların uşaqlarının sayına görə Ağdaş rayonu birincidir — 2552 nəfər. Bu anaların hər birinə orta hesabla 11 uşaq düşür. 2005-ci ildə Lənkəran rayonunda 1650, Cəlilabadda 1379, Masallıda 1202, Naxçıvan Muxtar Respublikasında 887, Astarada 853, Yardımlıda 668, Bakı şəhərində 629, Sabirabadda 544 "Qəhrəman Ana" olub. "Qəhrəman ana"ların sayının ən az olduğu şəhər və rayonlar isə Naftalan (5), Qubadlı (21), Xanlar (25), Qazax (31), Xızı (41) və Mingəçevirdir (52).

2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş yeni "Əmək pensiyaları haqqında" qanunda çoxuşaqlı analara nəzərdə tutulan güzəştlərə dəyişikliklər edilib. Belə ki, əvvəlki qanuna əsasən, "Qəhrəman ana"lar yaşından asılı olmayaraq, azı 10 il iş stajı olduqda əmək pensiyası ala bilərdi. Pensiyalarının üzərinə isə yaşa görə minimum pensiyanın 100 faizi məbləğində əlavə edilirdi. İş stajı olmayan "Qəhrəman ana"lar isə 50 yaşına çatdıqda pensiyaya çıxa bilərdi.

Qəhrəman ana adı ilə təltif olunanlar

[redaktə | mənbəni redaktə et]
Xanbikə Aslan qızı Cəfərova (1930–1997) Sovet İttifaqının "Qəhrəman Ana" titulu ilə

Köhnə qanunda 3 və daha çox uşaq doğub, onları 8 yaşına qədər tərbiyə edən qadınlara da güzəştlər nəzərdə tutulurdu. Belə ki:

  • 3 uşağı olanlar 51 yaşı və 16 il iş stajı olduqda,
  • 4 uşağı olanlar 50 yaşı və 15 il iş stajı olduqda,
  • 5 uşağı olanlar 49 yaşı və 14 il iş stajı olduqda,
  • 6 uşağı olanlar 48 yaşı və 13 il iş stajı olduqda,
  • 7 uşağı olanlar 47 yaşı və 12 il iş stajı olduqda,
  • 8 uşağı olanlar 46 yaşı və 11 il iş stajı olduqda,
  • 9 uşağı olan analar 45 yaşına çatdıqda və 10 il iş stajı olduqda yaşa görə pensiya almaq hüququ qazanırdı.

2006-cı il yanvarın 1-dən qüvvəyə minən yeni qanuna görə isə 3 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır:

  • 3 uşağı olanlar 51 yaşına çatdıqda,
  • 4 uşağı olanlar 50 yaşına çatdıqda,
  • 5 uşağı olanlar 49 yaşına çatdıqda,
  • 6 uşağı olanlar 48 yaşına çatdıqda,
  • 7 uşağı olanlar 47 yaşına çatdıqda,
  • 8 uşağı olanlar 46 yaşına çatdıqda,
  • 9 uşağı olanlar 45 yaşına çatdıqda,
  • 10 və daha çox uşağı olanlar isə 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda, yaşından asılı olmayaraq pensiyaya çıxa bilər.

Fəxri adı almış məşhur insanlar

[redaktə | mənbəni redaktə et]