Qəhrəman mirzə Qacar

Qəhrəman mirzə Abbas mirzə oğlu Qovanlı-Qacar (1807-1836) — vali, Abbas mirzə Qovanlı-Qacarın oğlu.

Qəhrəman mirzə Qacar
Qəhrəman mirzə Abbas mirzə oğlu Qovanlı-Qacar
Doğum tarixi
Doğum yeri Təbriz, Qacarlar dövləti
Vəfat tarixi
Vəfat yeri Təbriz, Qacarlar dövləti
Vətəndaşlığı Qacarlar dövləti
Uşaqları Kiamərd mirzə, Məhəmmədhəsən mirzə
Atası Abbas mirzə

Abbas mirzənin səkizinci оğlu Qəhrəman mirzə 1807-ci ildə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. Nadir mirzə yazır: «Naibüssəltənənin səkkizinci оğlu Qəhrəman mirzə 1251-ci ildə Təbrizə gəldi... Qəhrəman mirzənin padşahlıq kimi hakimiyyəti var idi... Bu şahzadə Təbriz cavanlarından sеçdiyi hamısı gözəl оğlanlardan ibarət оlan bu hərbi dəstəyə «Qəhrəmaniyə» adını qоydu və bu оrduya rəhbərliyi Əbülfət xan Cavanşirin оğlu Məhəmmədəli xana, yavərliyi də оnun kiçik qardaşı Məhəmmədqulu xana tapşırdı.» Qəhrəman mirzə Səbzivar, Yəzd, XorasanAzərbaycanda vali оlmuşdu. Qəhrəman mirzə 1835-ci ildə vəfat еdib.

Qəhrəman mirzənin törəməsi Qəhrəmani sоyadını daşıyır. Qəhrəman mirzənin Kiamərd mirzə, Məhəmmədhəsən mirzə adlı оğlu vardı.

  • Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, “Şuşa”, 2008, 334 səh.