Qəhrəman mirzə Salur

Qəhrəman mirzə Əbdüssəməd mirzə oğlu Salur (21 yanvar 1871, Tehran1 oktyabr 1945, Tehran) — Qacar şahzadəsi, əyalət valisi, tarixçi.

Qəhrəman mirzə Salur
Qəhrəman mirzə Əbdüssəməd mirzə oğlu Qovanlı-Qacar
Doğum tarixi
Doğum yeri Tehran, İran
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Tehran, İran
Milliyyəti türk

Əbdüssəməd mirzənin ikinci oğlu Qəhrəman mirzə Salur 21 yanvar 1871-ci ildə Tehran çəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. İngilis və fransız dillərini bilirdi. Eynəssəltənə ləqəbi daşıyırdı. Həmədanın valisi, Nəhavəndin, Qəzvinin hakimi olmuşdu.

Qəhrəman mirzə Salur Fars əyaləti qoşunlarının komandanı, Xəmsənin hakimi vəzifəsini icra etmişdi.

Qəhrəman mirzə Salur sərtip (briqada generalı) rütbəsi daşıyırdı.

Qəhrəman mirzə Salur bir çox tarixi kitabların və xatirənin müəllifidir.

Qəhrəman mirzə Salur 1 oktyabr 1945-ci ildə vəfat edib.

Qəhrəman mirzə Salur Zeynəb xanımla ailə qurmuşdu.Məsud mirzə, Abbas mirzə adlı oğlanları vardı.

  • Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: Şuşa, 2008, 334 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]