Qələbin — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[1]
Qələbin | |
---|---|
38°41′34″ şm. e. 48°35′24″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lerik rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 893 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 334 (2009) nəfər |
Toponim qələ (qala) və bin (alt, dib) sözlərindən ibarət olub, “qala altı, qalanın dibi” mənasındadır. Kəndin yerləşdiyi coğrafi mövqe də bunu təsdiq edir. Kənd qədim Zəməqalanın ətəyində yerləşir. Yerli əhali arasında Qalaaltı da adlanır. Rayonun Mistan inzibati ərazi vahidində eyniadlı köçəbə də vardır.[3]