Qəmərşah Cavadov (23 fevral 1938, Aydınkənd, Quba rayonu – 27 aprel 2005, Bakı) — Azərbaycan tarixçisi, etnoqrafi, tarix elmləri doktoru, professor.
Qəmərşah Cavadov | |
---|---|
Doğum tarixi | 23 fevral 1938 |
Doğum yeri | |
Vəfat tarixi | 27 aprel 2005 (67 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | tarix, etnologiya |
Elmi dərəcəsi | |
Elmi adı |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Qəmərşah Cavadov 1938-ci il fevral ayının 23-də Quba rayonunun Aydınkənd kəndində anadan olmuşdur. Atası və beş əmisini Böyük Vətən Müharibəsində itirmişdir. Orta məktəbi bitirdikdən sonra 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Universiteti tarixçi ixtisası ilə bitirdikdən sonra bir müddət Dəvəçi rayonunun (indiki Şabran rayonu) Aygünlü kənd məktəbində müəllim işləmişdir.[1] Sonra Azərbaycan EA Tarix İnstitutunda etnoqrafiya ixtisası üzrə aspiranturaya qəbul olmuşdur.
Qəmərşah Cavadov ilk dəfə olaraq xalq əkinçilik texnikasının məhəlli köklərini və inkişaf mənbələrini müəyyən etməklə azərbaycanlıları gəlmə etnos sayanlara tutarlı cavab verdi. Akademik V.K.Bondarçuk Qəmərşah Cavadovun elmi monoqrafiyasına yazdığı rəydə bildirirdi: "Q.Cavadovun monoqrafiyası onun müəllifinin Azərbaycan xalqının əkinçilik texnikasının öyrənilməsi və tədqiqi sahəsində nə kimi böyük, əzəmətli işlər gördüyünü qiymətləndirməyə əsas verir. Gənc alimin tədqiqatları… dünya etnoqrafiya elminə böyük töhfədir".
Q.Cavadov 300-ə yaxın elmi məqalənin və 10 monoqrafiyanın müəllifidir. Bunların arasında "XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri", "Azərbaycanda əkinçilik mədəniyyəti: ənənələr və müasirlik", "Əkinçilik mədəniyyətimizin sorağı ilə", "Xalq təbabətimiz məişətimizdə", "Udilər", "Talışlar" kitabları xüsusi yer tutur.