Qərar

Qərar — yerli icra hakimiyyətləri, şəhərkənd nümayəndələri tərəfindən onların səlahiyyətlərinə aid olan, vacib olan məsələlərin həlli üçün qəbul edilir.

Qərar həmçinin kollegiyal idarəetmə xüsusiyyətinə malik olan müəssisə və təşkilatların ümumi yığıncaqlarında idarə heyətinin iclasında qəbul edilir.

  1. Ali hakimiyyət orqanının — Parlamentin (Deputatların səsçoxluğu ilə) — Parlamentin təşkilati məsələlərinə dair, Hökumətin hesabatına dair, büdcənin icrasının hesabatına dair, eləcə də Hökumətin formalaşdırılması, fəaliyyətinin qənaətbəxş olubolmamasına (votum) dair, yuxarı Məhkəmə orqanlarına hakimlərin seçilməsinə dair və s. aktı;
  2. Ali hakimiyyət orqanının- Məhkəmənin (Hakimin, Hakimlər kolegiyasının, Məhkəmə plenumunun və ya Rəyasət heyətinin) baxdığı konkret işlərin yekun nəticəsi xarakterli və ya ümumi göstəriş xarakterlı aktı;
  3. Mərkəzi Hakimiyyət orqanının — Hökumətin (Nazirlər Kabinetinin) ən mühüm siyasi və təsərrüfat məsələləri barəsində qəbul etdiyi aktı;
  4. dövlət və yaxud qeyri dövlət arbitajında baxılan təsərrüfat mübahisəsinin həllinə dair aktı;
  5. dövlət orqanının və yaxud vəzifəli şəxsin konkret məqsədli istiqamətli aktı;
  6. Yerli İcra hakimiyyətinin idarəçilik xarakterli aktı;
  7. Bələdiyyə orqanlarının yerli əhəmiyyətli aktları;
  8. İctimai (siyasi) təşkilatların başçıları və ya kollegial üzvləri tərəfindən (misal: qurultay, kofrans, sessiya) məqsədlərini həyat keçirilməsi naminə qəbul etdikləri aktları.