Qərbi Avstraliya cərəyanı — Hind okeanının cənub-şərqindən keçən soyuq dəniz cərəyanı. Avstraliyanın qərb sahilləri boyunca cənubdan şimala istiqamətlənir. Qərb Küləkləri cərəyanının şimal uzantısını təşkil edir. Cənub yarımkürəsinin tropik enliklərində cərəyan Cənub Passat cərəyanına keçir. Bir qolu isə Timor dənizinə istiqamətlənir. Axının sürəti 0,7–0,9 km/s, suyunun duzluğu 35,5–35,70 promil təşkil edir. Suyunun temperaturu fevralda 19–26 °C, avqustda isə 15–21 °C təşkil edir.
Qərbi Avstraliya cərəyanı | |
---|---|
Ümumi məlumatlar | |
Akvatoriya | Hind okeanı |
Tip | Soyuq |
Orta axın cərəyanı | 0,7—0,9 |
Duzluluğu | 35,5-35,70 ‰ |