Qərib Əli Ucatürk (5 may 1962, Bərdə, Azərbaycan) — şair, publisist, ədəbi tənqidçi[1]. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Qərib Əli Ucatürk 1948-1953-cü illərdə SSRİ Ali Sovetinin qərarı ilə Qərbi Azərbaycan torpaqlarında Rus-Sovet imperiyasının yaratdığı Ermənistan SSR-dən əsgərləriun gücü ilə öz tarixi torpaqlarından, dədə-baba yurdlarından sürgün edilən qaçqın ailəsində 5 may 1952-ci ildə Bərdədə anadan olub.
Ali məktəbi bitirdikdən sonra təyinatla bir müddət Özbəkistanın Urgenc şəhərində, daha sonra bir müddət Latviyanın Riqa şəhərində çalışmalı olur. 1978-ci ildə Vətənə qayıdır və Azərbaycan Dövlət Universitetində (indiki BDU) əmək fəaliyyətini davam etdirir. 1981-1984-cü illərdə o zaman Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında İqtisadiyyat ETİ-nin aspiranturasının qiyabi şöbəsində təhsil alır. Bir elmi büroşuranın və 107 elmi əsərin müəllifidir. 8 şeir kitabı çap edilib. "Türkün cəci" və "Türkün sözü" qəzetlərinin baş redaktoru vəzifəsində çalışıb. Çoxlu sayda publistik məqalələrin müəllifidir.
Səkinə Mansurova.. "Şair Qərib Əli Ucatürkün yaradıcılığında Turanın və Turançılığın tərənnümü". "Dil və Ədəbiyyat" Beynəlxalq elmi-nəzəri jurnalı. Bakı-2016, N-2 (98)
Səkinə Mansurova.. "Şair Qərib Əli Ucatürk yaradıcılığında vətənsevərlik". "Dil və Ədəbiyyat" Beynəlxalq elmi-nəzəri jurnalı. Bakı-2016, N-4 (96)
"Унивеситетская наука производству" "Bakı univerciteti" nəşriyyatı,Bakı-1984.
"İstehsalın səmərəliləşdirilməsinin elmi əsasları"(məsul katib), "Bakı univerciteti" nəşriyyatı,Bakı-1987.
Xidməti istifadə üçün bpoşüra (tərtibçi)."Новые приборы,устройства,методики,материалы и технологические процессы разработанные учеными АГУ,предлогаемые для внедрения в народном хояйство" ."Bakı univerciteti" nəşriyyatı,Bakı-1983.