Qəzənfər Talib

Qəzənfər Talib (Qəzənfər Əhməd oğlu Həsənov) — Azərbaycan şairi, tədqiqatçı.

Qəzənfər Talib
Həsənov Qəzənfər Əhməd oğlu
Doğum tarixi (71 yaş)
Doğum yeri Nardaran, Bakı
Fəaliyyəti şair

Hacı Qəzənfər Əhməd oğlu Həsənov (Talib), 1952-ci il dekabr ayının 14-də Nardaran kəndində anadan olub.

O, 1959-cu ildə Nardarandakı 130 saylı məktəbin birinci sinifinə gedib və 1967-ci ildə səkkiz illik məktəbi bitirib. Təhsilini davam etdirmək üçün həmən il Maştağa kəndində yerləşən 128 saylı məktəbdə iki il oxuyub on illik təhsil alıb. 1990-cı ildə Azərbaycan Pedaqoji Xarici Dillər institunun nəzdində yerləşən iki illik xarici dillər kursunun ərəb dili şöbəsini bitirib.

Yaradıcılıq fəaliyyətinə heç də uşaq çağlarından başlamayan Hacı Qəzənfər, həmən illəri dini elmlərlə məşğul olmağa sərf edib. Bu günün özündə də elmdə və imanda əgər bir qədəm irəli atmasa gözünə yuxu getməz. Elə ona görə də şeirlərində bəzi ayə və hədislərə istinad olunmaq, bəzi fəlsəfi və irfani fikirlər açıq-aydın görünür.

Hacı Qəzənfər Talib xarici dili mənimsəmək baxımından çox istedadlı bir şəsxdir. Ərəb dili kimi zəngin bir dili iki il ərzində öyrənmək, doğrudan da insandan istedad tələb edir. O, bu istedadının sayəsində çox az bir zaman kəsiyində, bir adamdan dərs almamaq şərtilə fars dilini də öyrənməyə müvəffəq olub.Şəhriyarın irfani qəzəllərindən bir neçəsini fars dilindən azərbaycan dilinə tərcümə etmişdir.

Bundan əlavə o, özünə məxsus şirin barmaqları olan tarzəndir. Kifayət qədər tar çalma sənətinə yiyələnən bu şairi, həmçinin bir musiqiçi kimi də qeyd etmək lazımdır.

Adətən əruz vəznində yazan Talibin şeirlərinə diqqət edəndə, bunların peşəkar bir şair tərəfindən yazıldığı hiss olunur. [1]

  1. [1][ölü keçid]nardaranpiri.com saytı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]