Qаymаqçiçəkli üzgəcоtu

Qаymаqçiçəkli üzgəcоtu - (lat.Trollius ranunculinus)

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik, hündürlüyü 35 sm kimi olan, gövdəsi düz, sadə və ya budaqlı bitkidir. Gövdənin kökyanı hissəsi köhnə yarpaqların qalıqları ilə örtülmüşdür. Kökyanı yarpaqları uzun saplaqlı, barmaqvari olaraq beş, uzunsov-rombvari, üçhissəli, dişli dilimlərə bölünmüşdür. Gövdə yarpaqları oturaqdır, yuxarıdakılar biri-birinə yaxınlaşaraq, sarğı kimi çiçəyi əhatəyə almışlar. Çiçəkləri tək-tək, iri, tünd sarı rəngdə, 5-10 dənə yumurtavari, uzunsov kasa yarpaqlarıdır. Nektarlıqları ləçəkvari, uzunsov-xətvari, qızılı-sarı rəngdədir. Çalovu düz və ya cüzi bayıra doğru əyilmiş buruncuqludur. Toxumları tünd qonurdur.[1]

Yayılması[redaktə | mənbəni redaktə et]

BQ qərbi, BQ Quba sahəsinin rayonlarında subalp və alp qurşaqlarında yayılmışdır. Rütubətli dağ çəmənlərində, rütubətli, otlu yamaclarda, qar əriyən yerlərdə bitir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  2. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950-1961, Т. I-VIII.