Qaçqın milləti — miqrant böhranını həll etmək üçün dünyanın qaçqın əhalisini könüllü olaraq müəyyən bir yerə yerləşdirərək yeni bir millət yaratmaq təklifi. İlk dəfə 2015-ci ildə irəli sürülmüşdür. Birləşmiş Millətlər Təşkilatının 2015-ci ildəki hesablamalarına görə, dünyada təxminən 82 milyon qaçqın və məcburi köçkün var.[1]
Qaçqın milləti ideyası 2015-ci ilin iyununda Ceyson Buzi tərəfindən yaradılmış və həmin ilin iyulunda "The Washington Post" qəzetində dərc olunan məqalə ilə geniş mediada işıqlandırılmışdır. Buzi öz təklifində qaçqın milləti yaratmaq üçün bir sıra alternativlər təklif etmişdir.[2]
Suriyalı qaçqın Yara Səid Aralıq dənizində hərəkət edən qaçqınların xilasedici jiletlərinə bənzəyən qırmızı-narıncı rəngli bayraq yaratmışdır.[3] Beynəlxalq Olimpiya Komitəsi 2016-cı il Yay Olimpiya Oyunlarında Qaçqınların Olimpiya Komandasının bayraqdan istifadə etməsinə icazə verməmişdir. Bəzi tərəfdarlar bayraqdan qeyri-rəsmi istifadə etmişdir.
Bayrağın emocisi 2021-ci ilin iyun ayından etibarən Android və iOS üçün "WhatsApp"da mövcuddur. [4]