Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qabyuyan maşını 1886-cı ildə Jozefina Koçrane adlı qadın ixtira edib.
Koçrane evində tez-tez ziyafətlər verən varlı qadın idi. Özü isə heç vaxt qab yumurdu. Bunun üçün xüsusi xidmətçiləri vardı. Onun üçün dəyərli olan bu qablar hər dəfə yuyulan vaxtı sınırdı. Koçrane buna çarə tapmaq üçün xüsusi aparat lazım olduğunu düşünürdü. Hansı alimə söylədisə, heç kim onun istədiyini ixtira edə bilmədi. Beləcə o da bunu özü etdi.
Onun "əgər heç kim bir qabyuyan maşın icad etmirsə, o halda bunu özüm edəcəyəm!" — deyə qışqırdığı bildirilir. Əvvəlcə qab-qacaqların ölçülərini ölçdü. Daha sonra onlar üçün bölmələri düzəltdi. Onların hər biri xüsusilə qablara, fincanlara uyğun şəkildə hazırlandı. Bölmələr düz səthləri mis qazan içərisində bir təkər içinə yerləşdirildi. Mühərrik, isti sabunlu su qazanın dibindən yuxarıya fışqırır, qab-qacaqların üzərinə düşür və təkəri fırladırdı. Dostları bunu çox bəyəndi və onlar üçün də qabyuyan maşın hazırladı. Yaxınları bu ixtiraya "Koçrane qab-qacaq maşını" adını qoydular.
Bu ad qısa müddətdə geniş yayıldı və Koçrane restoranlardan, otellərdən qabyuyan maşın düzəltməsi üçün xeyli təklif aldı. O, hazırladığı maşının patentini aldı və işini daha da böyütdü. 1893-cü ildə Çikaqodakı Dünya Sərgisində ixtirasını göstərdi və "dayanıqlılıq və uyğunlaşmadan ən yaxşı mexaniki istehsal" mükafatını qazandı. Vhirlpul Şirkəti tərəfindən maddi yardım alaraq "Koçrane İstehsal Şirkəti"ni qurdu.[1]