Qafar Okkan

Əli Qafar Okkan (türk. Ali Gaffar Okkan; 24 fevral 1952, Xəndək[d], Sakarya ili24 yanvar 2001, Diyarbəkir) — Türkiyə polisi, Diyarbəkir polisinin rəisi. Sui-qəsd nəticəsində həlak olub. Diyarbakırda "Qaffar Baba" olaraq tanınır və xatırlanır.[1][2][3][4]

Qafar Okkan
türk. Ali Gaffar Okkan
Diyarbəkir polisinin rəisi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xəndək, Sakarya, Türkiyə
Vəfat tarixi (48 yaşında) (48 yaşında)
Vəfat yeri Diyarbəkir, Diyarbəkir ili, Türkiyə
Vəfat səbəbi sui-qəsd
Dəfn yeri Sakarya ili
Milliyyəti türk
Vətəndaşlığı Türkiyə Türkiyə
Təhsili Türkiyə Milli Polis Akademiyası
İstanbul Universiteti Siyasi Elmlər Fakültəsi
Dini islam

Həyatı[redaktə | mənbəni redaktə et]

24 fevral 1952-ci ildə Sakarya ilində anadan olub. 30 sentyabr 1970-ci ildə Polis Kollecində təhsilini başa vurub. Daha sonra Ankaradakı Polis Akademiyasına daxil olub və 1973-cü il sentyabrın 29-da oranı bitirib. İnspektor köməkçisi (türk. Komiser köməkçisi) vəzifəsində işini tamamladıqdan sonra İzmir Polis Şöbəsinə göndərilmiş, orada bir sıra vəzifələrdə çalışaraq, rəislik rütbəsinə qədər yüksəlmişdi.

Karyerası[redaktə | mənbəni redaktə et]

1983-cü ildə Şanlıurfaya göndərildi. 1985-ci ildə Okkan baş nəzarətçi (superintendant) rütbəsinə yüksəldi. 1986-cı ildə Təhlükəsizlik Ümumi Müdirliyinə təyin edildi və Əskişəhərə xidmətə göndərildi. Okkan 1992-ci ildə komissar köməkçisi rütbəsini aldı. 1993-cü il dekabrın 6-da o, komissar rütbəsinə yüksəldi. Bu rütbə Türkiyə polis iyerarxiyasında ikinci sayılır. Bundan sonra Qafar Okkan Qars ili polisinin rəisi təyin edilir.

Bu təyinat ardınca Qafar Okkan o dövrdə Türkiyə hökumətinin PKKHizbullah qruplaşmalarına qarşı mübarizəsinin mərkəzi olan Diyarbəkir şəhərinə polis rəisi təyin olunur. Eyni vaxtda Okkan bakalavr təhsilini dövlət idarəçiliyi bölməsində tamamlayaraq İstanbul Universitetinin Siyasi Elmlər fakültəsindən məzun olur.

Okkan "Hizbullah"ın Türkiyə rəhbəri Hüseyn Velioğlunun İstanbulun Beykoz şəhərindəki villasına polis reydində böyük rol olur. "Hizbullah"ın Türkiyə təmsilçiliyinin dağılmasında Qafar Okkanın çox mühüm xidməti var. O, Diyarbəkirdə olanda polis xidmətinə bir sıra yeniliklər gətirir. Məhz onun sayəsində ilk dəfə qadın polislər küçələrə çıxaraq nəqliyyatın hərəkətini tənzimləməkdə iştirak ediblər. Qaffar Okkan iki kiçik avtomobil alıb onları mavi və ağ rəngdə boyatdırıb və hərəsinə iki qadın polis təyin etdi. Bir maşın itkin düşən uşaqları yığaraq ailələrinə çatdırır, digəri isə yeriməkdə çətinlik çəkən qocalara yardım edirdi. Hava limanındakı qadın polislər yaşlı sərnişinlərin biletlərini hazırlayıb, onları təyyarələrinə qədər müşayiət edirdilər. O, hava limanına təkərli arabalar aldırmışdı. Okkanın ilk işlərindən biri şəhərin mühüm mərkəzi yerlərində kameraların quraşdırılması oldu. O, gecə yarısına qədər kabinetindəki nəhəng ekranda küçələrdə baş verənləri izləyirdi.[5]

Qətlə yetirilməsi[redaktə | mənbəni redaktə et]

Diyarbəkirdə 24 yanvar 2001-ci ildə saat 17:40 radələrində işə gedərkən Sezai Karakoç Bulvarında Balıq Zavodu və Eflatun Parkının qarşısında Okkanın avtomobili naməlum şəxslər tərəfindən pusquya salınaraq çarpaz atəşə məruz qalır. Nəticədə avtomobildə olan polis rəisi qətlə yetirilir.[6]

2010-cu ildə qətldə əli olan iki nəfər mühakimə olundu. Lakin qətli sifariş edənlər naməlum olaraq qaldı. Qətlin "Hizbullah" tərəfindən törədildiyi güman edilir.[7]

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Əli Qafar Okkanın öldürülməsi başda Diyarbəkir olmaqla bütün ölkədə böyük kədərlə qarşılanıb. Qafar Okkan haqqında çoxlu qəzet yazıları, kitablar yazılıb. Bundan başqa, Qaffar Okkanın həyatından və bu sui-qəsddən bəhs edən “3310 Öldürülən” kitabı Emrah Gürkan tərəfindən qələmə alınıb.

Onun öldürülməsindən sonra doğulan oğlanların çoxuna “Əli Qafar” və “Əli Qafar Okkan” adları verilib.[8] Hələ də "Diyarbəkirspor"un fəxri prezidenti olan Əli Qaffar Okkanın adına xatirə meşəsi salındı.[9] Xatirəsini əbədiləşdirmək üçün onun adı Samsun Atakum,[10] Altınordu,[11] Kirazpınar[12] kimi bir çox şəhərlərin küçələri adlandırılıb. Həmçinin sağlamlıq mərkəzləri, polis peşə təhsili mərkəzləri kimi yerlərə də Qafar Okkanın verilib.[13][14]

Bundan başqa, Türkiyə Polis Xidmətinin 177-ci ildönümündə Diyarbəkir İl Polis İdarəsinin tərkibində yaradılmış bölmədə Əli Qafar Okkanın heykəli hazırlanaraq onun xatirəsinə sərgilənib.[15]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2023-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  2. "Arxivlənmiş surət". 2023-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  3. "Arxivlənmiş surət". 2023-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  4. "Arxivlənmiş surət". 2023-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  5. "Arxivlənmiş surət". 2012-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  6. "Arxivlənmiş surət". 2013-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  7. "Arxivlənmiş surət". 2011-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  8. "Arxivlənmiş surət". 2023-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  9. "Arxivlənmiş surət". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  10. "Arxivlənmiş surət". 2023-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  11. "Arxivlənmiş surət". 2023-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  12. "Arxivlənmiş surət". 2023-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  13. "Arxivlənmiş surət". 2023-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  14. "Arxivlənmiş surət". 2023-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  15. "Arxivlənmiş surət". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]