Qafqaz əzgili

Mespilus germanica L.

Hündürlüyü (1,5) 3-4 (6) m olan kol və ya ağacdır. Budaqları tikanlarla örtülmüşdür.

Yarpaq: Yarpaqları uzunsov-neştərvari və ya uzunsovdur, tamkənarlı və ya xırda-dişlidir, üsttərəfdən tünd, alt tərəfdən açıq yaşıl rəngdədir,

qısa yumşaq tüklüdür; saplağı qısadır, yumşaq tüklüdür.

Çiçək: Çiçəkləri budağın uc hissəsində, tək yerləşmişdir, demək olar ki, oturaqdır. Çiçəkaltlıqları iri və töküləndir. Ləçəkləri ağ rəngli, uzunluğu 1,2-2 sm, əksinəyumurtaşəkillidir.

Meyvə: Meyvəsi qonurtəhər və ya qəhvəyiyə çalan, yastılanmış şarşəkilli və ya armudşəkillidir. Yetişməmiş halda xovlu tüklü, daha sonra isə çılpaqdır, diametri 1,5 -2,5 sm-dir.

Çiçəkləməsi: Aprel-May

Meyvə verməsi: Oktyabr-Noyabr

Azərbaycanda yayılması: BQ (Quba), Qobustan, BQ şərq, BQ qərb, Kür-Araz oval., Kür düz., Lənk., KQ şimal, KQ cənub, KQ mərkəz, Nax. dağ., Lənk. oval., Lənk. dağ.

Ovalıqlarda və dağlarda orta dağ qurşağına qədər.

Yaşayış mühiti: Meşələrdə kiçik meşə şəklində, meşənin kənarında kolaoxşar cəngəlliklər əmələ gətirir və açıq sahələrdə rast gəlinir.

Təsərrüfat əhəmiyyəti: Meyvələrindən pavidlo və içki hazırlanmsında istifadə olunur. Qabıq və yarpaqlarında aşı maddəsi vardır. Oduncağından xarrat məmulatlarının hazırlanması üçün yararlıdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016