Qafqaz Konserv Zavodu

Qafqaz Konserv Zavodu — Yeyinti Məhsulları İstehsalı Müəssisəsi.[1][2]

Qafqaz Konserv Zavodu
Ümumi məlumatlar
Təsis tarixi 2003
Baş qərargahın yeri Azərbaycan, Xaçmaz
qafqazkonserv.az

«Qafqaz Konserv Zavodu» MMC 12.09.2003-cü il tarixində Xaçmaz rayonunda fəaliyyətə başlamışdır.[3] Müəssisənin ümumi sahəsi 40 hektara yaxındır. Qafqaz Konserv Zavodu illik 20-25 (13-15 faktiki) min ton meyvə-tərəvəz konservi və 9 (6 faktiki) min ton ət konservi məhsullarının istehsalı gücünə malik olmaqla, Azərbaycan Respublikasının Şimal Regionunda Kənd Təsərrüfatı məhsullarının əsas alıcısı kimi fəaliyyət göstərir.[4][5] Müəssisədə 350 nəfərdən artıq işçi çalışır. Yaxın illərdə fabrikdə yeni məhsulların istehsalı ilə istehsalat sahələrinin genişləndirilməsi nəzərdə tutulur.[6] İstehsal həcminin artması işçilərin də sayının bir neçə dəfə artmasına şərait yaradacaq.[7]

İstehsal prosesi

[redaktə | mənbəni redaktə et]

Qafqaz Konserv Zavodunun məhsullari tənəkə, şüşə qablaşdırmalarda, aseptik torbalarda, karton və plastik qablaşdırmalarda istehsal olunur. Məhsul qrupları aşağıdakı kimidir:

Ət Konservləri

Hazır yeməklər

Ətli sıyıqlar

Tomat pastası

Meyvə püreləri

Kompotlar

Mürəbbələr

Cemlər

Povidlolar

Jelelər

Fabrikin müasir anbar infrastrukturuna malik olması onu öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir. Bazar iqtisadiyyatının təşəkkül tapdığı bir dövrdə müasir texnologiyaların istehsalata tətbiqi, eləcə də müştəri məmnuniyyəti «Qafqaz Konserv Zavodu» MMC-nin əsas fəaliyyət istiqamətidir.[8]

  1. “QAFQAZ” KONSERV ZAVODU İLƏ TANIŞLIQ
  2. ""Qafqaz" Konserv Zavodunda bir gün - REPORTAJ". 2024-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-08.
  3. Prezident İlham Əliyev Xaçmaza səfərinin sonunda Azərsun Holdinq şirkətinin “Qafqaz” konserv zavoduna gəlmişdir
  4. ""Qafqaz" Konserv Zavodu 8 ildə yerli istehsalçılardan ət qəbul etməyib (FOTO)". 2024-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-08.
  5. ""Qafqaz" Konserv Zavodu istehsal müəssisəsinin qapılarını jurnalistlərin üzünə açdı - Fotolar". 2024-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-08.
  6. "Qafqaz Konserv Zavodu istehsal gücünü artıracaq". 2023-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-08.
  7. "Qafqaz Konserv Zavodu fasiləsiz iş rejiminə keçib - FOTO". 2024-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-08.
  8. "Qafqaz Konserv Zavodu fermerlərdən məhsul qəbulunu davam etdirir". 2022-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-08.