Qafqaz Məmmədov

Qafqaz İsfəndiyar oğlu Məmmədov (5 noyabr 1954, Kirovabad2 may 1993, Ağdərə rayonu) — şəhid.

Qafqaz Məmmədov
Qafqaz İsfəndiyar oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Gəncə şəhəri, Azərbaycan SSR
Vəfat tarixi (38 yaşında)
Vəfat yeri Ağdərə rayonu, Azərbaycan
Dəfn yeri Gəncə Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Uşaqları Nigar Məmmədova
İsfəndiyar Məmmədov
Atası İsfəndiyar Məmmədov
Hərbi fəaliyyəti
Döyüşlər Birinci Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Qafqaz Məmmədov 5 noyabr 1954-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 17 saylı məktəbdə təhsil almışdır. 1977-ci ildə ailə həyatı qurmuşdur. Nigar və İsfəndiyar adlı iki uşağı dünyaya gəlmişdir.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Qafqaz Məmmədov Penza şəhərində həqiqi hərbi xidmətdə olmuşdur. 1977-ci ildə həqiqi hərbi xidməti bitirmişdir. 1991-ci il Birinci Qarabağ müharibəsi zamanı könüllü olara cəbhəyə getmişdir, 703 saylı hərbi hissənin tərkibində vuruşmuşdur. M.Qafqaz 2 may 1993-cü ildə Ağdərə rayonunda şəhid olmuşdur. [1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-07.