Qafqaz Tədqiqat Resurs Mərkəzi

Xəzər Universiteti nəzdində fəaliyyət göstərən və Bəşir Səfəroğlu 122 ünvanda yerləşən Qafqaz Tədqiqat Resurs Mərkəzinin (QTRM) əsas məqsədi yüksək səviyyəli tədqiqat resurslarından istifadə etmək imkanlarının artırılmasına, sosial tədqiqatlarla və praktiki fəaliyyətlə məşğul olan alimlərin, mütəxəssislərin potensialının gücləndirilməsinə, dialoq və əməkdaşlığın genişləndirilməsinə yardım göstərir.

Fəaliyyət[redaktə | mənbəni redaktə et]

QTRM yarandığı 2003-cü ildən etibarən sosial elmlər üzrə mütəxəssislərə fundamental ədəbiyyatdan, məlumatlardan istifadə etmək imkanı yaratmaqla Cənubi Qafqazda sosial elmlər üzrə fəaliyyət göstərən mərkəzə çevrilmişdir.

Qafqaz Barometri (öncə Məlumat Təşəbbüsü kimi tanınan) demoqrafik, sosial və iqtisadi məsələlərə aid məlumat toplayan illik ailə sorğusu kimi 2004-cü ildə fəaliyyətə başladı. 2007-ci ildən başlayaraq hər ölkədən 2000-ə yaxın respondentdən reprezentativ seçmə yolu ilə müsahibə alınır və onlar ailə tərkibi, onun sosial və iqtisadi vəziyyəti, məşğulluq statusu, ölkələrdə sosial və siyasi vəziyyətin qiymətləndirilməsi ilə bağlı sualları cavablandırır.

2004-cü ildən Mərkəz Tədqiqat proqramına start verdi. Bu proqram iqtisadiyyat, sosiologiya, demoqrafiya və digər social elm sahələri üzrə tədqiqat işi aparan tədqiqatçılara dəstək olmaqla yerli tədqiqat bacarığını inkişaf etdirməyə yönəlmişdir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]