Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Qafqaz Ardıcı[1](Juniperus oblonga Bieb. (J. communis L. subsp. oblonga (Bieb.) Galushko)-Hündürlüyü 10 m-ə qədər olan, balaca ağac və
ya tünd-boz qabıqlı düzduran koldur.
Yarpaqları çiçək köbəsində 3 ədəd olmaqla düzülmüş, bizşəkillidir, qabarıq, bərk, düz və üçtillidir, uzunluğu 1,6-4 sm-dir, üst tərəfdən novşəkilli və tünd-göy rənglidir, qaidə hissəsində gözə çarpan damarları vardır, alt tərəfdən küt-fırlıdır.
Meyvələri şarşəkilli, oval və yaxudellipsvaridir, yarpaqlardan 2-3 dəfə qısa,diametri 8-9 mm, qara və ya qaramtıl-bənövşəyiolub, üzərində göyümtül xalları vardır; pulcuqların qurtaracağı geriyə qatlanmışdır.Toxumları ovalvari-uzunsovdur, küt-üçtilli,qonurtəhər olub, 3 ədəddir. Nadirdir.
BQ (Quba), BQ şərq, BQ qərb, Abşer., Qob., Şəki, KQ mərkəzi,KQ cənub, (Nardaran). Ovalıqdan, subalp qurşağına qədər.
Meşələrin ətrafında,talalarda, daşlı-qayalı yerlərdə, yarğanlarda rast gəlinir. Meşənin kənarının yuxarı hissəsində seyrək kolluq əmələ gətirir.
Oduncağı xarrat və dülgər işləri üçün yararlıdır. Ekstraktı və siropu qənnadı məmulatların və içkilərin hazırlanmasında istifadə olunur. Yetişməmiş meyvələri sarı rəng verir, yetişmiş meyvələri sidikqovucu və skorbuta qarşı dərman kimi istifadə olunur.