Qafqazda geniş yayılmışdır.
Qafqaz dəvəqıranı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qafqaz dəvəqıranı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Hündürlüyü 50-75 sm olan, yarpağı tökülən koldur. Gövdələri və budaqları şaxələnmiş, nazik, bəzən iynəli, cavan zoğları boz, qabığı qırmızımtıl-bozdur. Yarpaqları cavan budaqları sıx örtür, uzunluğu 0,8-2 sm, enli, tərs-yumurtavari, ellipsvari və ya təxminən yumru, küt və ya ucu biz, kənarları dalğalı-qıvrım, çılpaq, möhkəm, cod, tutqun yaşıl, cüt xırda yarpaqlıdır. Çiçəklərin diametri 0,8 sm, çəhrayıtəhər, nazik çiçək saplaqlarının uclarında yerləşir. Çoxsaylı qısa budaqların uclarında uzunluğu 3-5 sm olan uc salxımlar formalaşır. Çiçək yanlığının içəri hissələrinin uzunluğu 0,6 sm, meyvələrdə qalan və daha sıx, çəhrayı-qırmızı rəngə boyanandır. Toxumca meyvəsi qozaşəkilli, üç hissəlidir. İyun-iyulda çiçəkləyir.
-230C-dək şaxtaya davamlıdır. Quraqlığadavamlı, işıqsevən, qumsal, şoran torpaqlarda bitir.
Xəzəryanı ərazilərdə Naxçıvan, Altıağac istiqamətində təbii halda yayılmışdır.
Heyvanlar üçün yem kimi istifadə olunur. Yaşıllaşdırmada və sənayedə istifadəsi öyrənilməmişdir.
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov