Qafqaz dovşankәlәmi

Sedum caucasicum (Grossh.) Boriss. = Hylotelephium caucasicum-Hündürlüyü (25) 30–50 (70) sm, gövdəsi düz və ya azca əyilib qalxan, hamar, silindrik, adətən tünd-qırmızı rəngli, qalın kökümsovlu və çox vaxt qalınlaşmış milşəkilli köklü olan çoxillik ot bitkisidir[1].

Yarpaq[redaktə | mənbəni redaktə et]

Yarpaqları iridir, qarşı-qarşıya düzülmüş, oturaqdır, enli oval-yumurtaşəkilli və ya yumurtaşəkilli, ürəkşəkilli olub, dəyirmi qulaqcıqlıdır, gövdə həcmini artırandır, kənarları küt dişləri olan oyuqlu-dişlidir, çox vaxt qırmızımtıl rəngdədir və eni 3–4 sm-dir.

Çiçək[redaktə | mənbəni redaktə et]

Çiçək qrupu təpə hissədə yerləşmişdir, sıx, yarımşarşəkilli, süpürgəvari-qalxanşəkillidir, 2 (3) cüt kənar budaqlarladır. Çiçək saplağı çiçəklərdən uzun, onlara bərabər və ya onlardan daha qısadır.

Meyvə[redaktə | mənbəni redaktə et]

Meyvələri yumurtaşəkillineştərəoxşardır, üçtilli olub, uzun, sivri, bir neçə ədəd qatlanmış buruncuğu vardır.

Çiçəkləməsi[redaktə | mənbəni redaktə et]

İyul-Avqust

Meyvə verməsi[redaktə | mənbəni redaktə et]

Avqust-Sentyabr

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

KQ şimal, KQ mərkəzi, Nax. dağ. Aşağı dağ qurşağından, yuxarı dağ qurşağına qədər.

Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]

Qayalarda rast gəlinir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016