Qafqaz gimnaziyası

“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyası - Azərbaycan Respublikasının Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərində fəaliyyət göstərən özəl orta məktəb şəbəkəsi.

I-XI sinif şagirdlərini əhatə edir. Azərbaycan Respublikasının təhsil standartları əsasında aparılır. Oğlan və qızlar birlikdə təhsil alırlar.

“Qafqaz” ilköğretim okulu I-VIII sinif şagirdlərini əhatə edir. Məktəbə Türkiyə Cümhuriyyəti vətəndaşlarının uşaqları qəbul edilir və təlim-tərbiyə işi Türkiyə Cümhuriyyətinin təhsil standartları əsasında aparılır.

Bakı, Sumqayıt, Gəncə və Şəki özəl türk liseyi və filialları VII-XI sinif şagirdlərini əhatə edir. Azərbaycan Respublikasının təhsil standartları əsasında aparılır. Liseylərə VI sinfi bitirmiş oğlanlar qəbul edilirlər.

Təhsil müəssisələrimizə şagird qəbulu:

Liseylərə qəbul imtahan yolu ilə aparılır. Liseylərə qəbul imtahanları hər ilin aprel ayının son Bazar günü mərkəzləşdirilmiş qaydada, test üsulu ilə aparılır. Hər il liseylərimizə orta hyesabla 8-10 min şagird müraciət edir.

Gimnaziyanın hazırlıq siniflərinə və I siniflərə qəbul hər ilin may ayının 2-dən 30-dək Gimnaziya müdiriyyəti tərəfindən aparılır[mənbə göstərin].