Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Elmi adı - Fritillaria caucasica Adams
“Nəsli kəsilməkdə olanlar” kateqoriyasına aiddir - EN A1c; B1ab(iii). Azərbaycanın endemik növüdür.
Çoxillik ot bitkisidir, soğanağı xırdadır. Gövdəsi çılpaq, zəif, 25 sm hündürlükdədir. Yarpaqlar azsaylıdır, uzunsov və ya uzunsov-lansetşəkillidir, alt yarpaqlar bir qədər enli, üst yarpaqları çox ensiz, dar-neştərşəkilli və ya xətvaridir. Alt yarpaqlar 2 sm-ə qədər enindədir. Çiçəkləri təkdir. Çiçək yatağı zəngvarı, konusşəkilli, 2,5 sm uzunluğunda, göyümtül, bənövşəyidir [1][2][3].
Çiçəkləmə aprel-iyun aylarında baş verir. Kolluqlarda, çınqıllı yamaclarda, meşə kənarlarında, orta dağ qurşağında rast gəlinir. Dekorativ bitkidir[1][2][3][4].
Naxçıvanın dağlıq hissəsi (Batabat gölü), Kiçik Qafqazın şimalı, Diabar[1][2][5].
Populyasiyaları azalır. Antropogen amillər itmə təhlükəsini yaradır [1][2][6].
Antropogen amillər (əhali tərəfindən yığılması, otarılma, tapdalanmaya, ətraf mühit amillərinə həssas növ olması) [1][2][4].
Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen amillərin qarşısının alınması üçün yasaqlıqlar təşkil olunmalı, yeni yayılma sahələri axtarılmalıdır.