Şərqi Avropada, Zaqafqaziyada, Qazaxstanda, Şimali Qafqazda və Qərbi Sibirin cənubunda yayılmışdır.
Qafqaz nəfəsotu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qafqaz nəfəsotu |
||||
Beynəlxalq elmi adı | ||||
|
Yabanı halda Kiçik Qafqazın mərkəzi hissəsində təsadüf edilir. Qarabağda (Xanbulaqda) yayılmışdır.
Azərbaycanın nadir bitkisidir. CR B1ab(ı, ıı, ııı,)+2ab(ı, ıı, ııı).
Quru kasıb şamlıqlarda, çöllərdə, yamaclarda, yolların ətra-fında rast gəlinir.
Çox deyildir.
Təbiətdə hündürlüyü 80 sm-ə qədər olan koldur. Budaqları düz və ya əyilən, bozumtul-qonur və ya bozdur. Zoğları ipək-vari, ağımtıl-boz tükcüklüdür. Yarpaqları üç hissəlidir; xırda yarpaqlarının uzunluğu 2 sm-ədək, lansetvarı-ellipsvarı, ucu yumru və iynəli, üstü boz-yaşıl, alt tərəfi sıx tüklüdür. Çiçəkləri 3–5 ədəd yarpaqların qoltuqlarında az çiçəkli, sünbülvarı-salxımvarı çiçək qrupu əmələ gətirir. Kasacığı boruvari, tükcüklü, uzunluğu 10–15 mm-dir. Çiçək tacı sarı, uzunluğu 2–3 sm-dir. Yarpaqladıqdan sonra mayda-iyulda 25 gün ərzində çiçəkləyir, bəzən avqust-sentyabr aylarında təkrar çiçəkləyir. Meyvələri – uzunluğu 3 sm-dək olan, qaramtıl və ya tünd boz, sıx boz tükcüklərlə örtülmüş hamar paxlalardır, sentyabrda yetişir. Paxlanın içərisində oval, hamar, parlaq, uzunluğu 3 mm-ədək olan sarımtıl toxumları vardır.
Təbiətdə toxum vasitəsilə çoxalır.
Başlıca olaraq insan fəaliyyətinin təsiridir.
Becərilməsi haqda məlumat yoxdur.
Qəbul edilmiş qorunma tədbiri yoxdur.
Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi tövsiyə olunur.
1."Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
2."Azərbaycan dendraflorasi" I cild, Baki, "Elm", 2011, 312 səh.
Hündürlüyü 1 m olan, ağımtıl zoğlara malik, üzəri tükcüklərlə örtülü koldur. Yarpaqları təklələkvari, yarpaqcıqları tərs yumurtavaridir. May ayında çiçəkləyir. Çiçəkləri xırda, ləçəkləri sarıdır. Meyvələri iyulda yetişir. Paxla meyvəsi sıx, ağ ipəkvari tükcüklərlə örtülüdür.
Azərbaycanın torpaq, iqlim şəraitinə, quraqlığa, küləyə davamlıdır.
Dekorativ bağçılıqda, torpağın eroziyasının qarşısının alınmasında, arıçılıqda qida maddəsi kimi istifadə olunur.
http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T. S. Məmmədov