Qafqaz çoban iti (gürc. ქართული ნაგაზი — Kartli nagazi və ya კავკასური ნაგაზი — Kavkasuri nagazi) — Qafqaz bölgəsinə xas (endemik) it cinsi. Bu cinsin bir neçə alt növü vardır, amma ümumi xüsusiyyətləri baxımından bir-birlərinə bənzəyirlər[1].
Qafqaz çoban iti | |||||
---|---|---|---|---|---|
| |||||
Mənşəyi | |||||
Ölkə | SSRİ | ||||
Xarakteristikaları | |||||
Boyu |
|
||||
Çəkisi |
|
||||
BKF təsnifatı | |||||
Qrupu | 2 | ||||
Seksiyası | 2 | ||||
Nömrəsi | 328 | ||||
Patronat | Rusiya | ||||
Digər təsnifatları | |||||
AİK qrupu | [1] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Antik çağda Qafqaz Albaniyasının hökmdarı Makedoniyalı İsgəndərə it hədiyyə etdiyini Strabon bildirir və Bu it bu gün Azərbaycanda 2000 ildən çoxdur ki mövcuddur və bu it Qafqaz xalqlarının qürur qaynaqlarından biridir. Qədim çağlardan bu yana bu ərazidə yaşayan insanların həyatının ayrılmaz bir parçası, yaxın dostu və sadiq yoldaşı olmuşdur . Bu it cinsinin təbii həyat sahəsi yalnız Qafqazdır və bu səbəbdən bu cins "Qafqaz çoban iti" olaraq adlandırılmışdır. Bu ad, bu it cinsinə ruslar tərəfindən verilmişdir. Ancaq bu cins, tək növ deyil. Qafqaz çoban iti Gürcü çoban iti, Azərbaycan çoban iti, Dağıstan çoban iti və başqa alt növlərə ayrılar. Gürcüstan coğrafiyasında iki növ çoban iti var. Kazbek və ya Gürcü dağ iti (qısa tüklüdür) və Qafqaz iti (uzun tüklüdür). Qafqaz Çoban İti Beynəlxalq Kinoloji Dərnəyi tərəfindən 1996-cı ildə tanınmış və qəbul edilmişdir.
Bu cins Qara dəniz və Xəzər dənizi sahilləri arasında yerləşən ərazidə , xüsusilə Qafqaz dağlarında yaşayan xalqların xüsusi seçmə nəticəsində meydana gətirdiyi cinsdir. Cinsin məhz hər hansı bir xalqa aid edilməsi yolverilməzdir. Qafqaz çoban itləri azsaylı cinslərdəndir ki, mənşəyi antik dövrlərdən gəlir. Cinsin yerləşdiyi ərazinin böyüklüyünü nəzərə alaraq fərdlər arasında olan xırda fərqlər yolveriləndir, lakin sərgilərdə göstərilmək üçün ortaq bir variant seçilmişdir. Həmçinin ilk rəsmi sərgi 1930-cu ildə Almaniyada keçirilmişdir.
Qafqaz çoban iti iri quruluşlu və kobud görünüşlü heyvandır. Cinsin çəkisi 46–90 kq olur, 100kq və artıq çəkili fərdlər arzuolunmazdır. Hündürlüyü 74–88 sm-dir. Həmçinin yumşaq və çox aqressiv xarakter də arzuolunmazdır. Uzunluğundan müstəqil xüsusi quruluşuyla soyuğa və istiyə qarşı qoruma təmin edən sıx tükləri vardır. Qafqaz çoban iti bir çox rəngdə ola bilər, ancaq rəngi boz və boz üzərində ağ ləkələr olan uzun tüklü itlərə daha çox üstünlük verilir. Bu növün əsas xüsusiyyəti, heyvanları və ətrafı qorumasıdır. Bu cins ətrafı yaxşı öyrənmə, edəcəyi işi yaxşı qavrama və xidmət etmə xüsusiyyətlərinə malikdir. Bu cins itlərə xas olan xüsusiyyətlər — hər an hazır vəziyyətdə olma, diqqətlilik, güclü qoruma instinktidir. Qafqaz çoban itləri yadlara qarşı təcavüzkar, amma sahibinə və yaxınlarına həddindən artıq bağlı və yumşaqdır. Xüsusilə uşaqlara qarşı yumşaq və qoruyucudur. Tarlada çalışmaqda olan ana və atanın Qafqaz çoban itinə körpələrini etibarla buraxdıqları, itin körpəni hər cür təhlükəyə qarşı qoruduğu təcrübədə tez-tez rast gəlinir. Ancaq yenə də öz ölçüləri və xarakterlərində olan aqressivlik üzündən onları uşaqlarla tək buraxmamaq daha yaxşıdır. Qafqaz çoban iti, hər zaman yaxşı yoldaşdır. Xüsusi yaşayış şəraitlərinə ehtiyac duymur və soyuq iqlimə qarşı dayanıqlıdır. Əsasən sağlam , uzunömürlü və güclü itlərdir , ancaq növə xarakter bud çanaq oynağının displaziyası , piylənmə və ürək xəstəlikləri kimi gec-gec rast gəlinən problemləri də vardır. Bu da ilk növbədə qidalanma və fiziki aktivliyin sahibləri tərəfindən düzgün seçilməməsindən irəli gəlir. Qafqaz çoban iti iki yaşında yetkinliyə çatır. Bu cinsin də digər cinslər kimi hamiləlik müddəti təxminən 58–63 gündür. Doğduğu bala sayı 1–16 arasında dəyişir, amma orta hesabla 7–9 bala doğur. İldə iki dəfə balaladığı da olur.
Qafqaz çoban itlərinin qulaqları kəsilir. Bunun səbəbi döyüş vaxtı itin özünü qorumasına köməkçi olmasıdır. Döyüş əsnasında düşmənlərinin itin qulaqlarına dişlərini keçirməsi bu yolla maneə törədilmiş olar. Ancaq bu itlərin quyruğu kəsilmir, əksinə uzun quyruq bu it cinsinin gücünün və güclü görünüşünün tamamlayıcısıdır.
90-cı illərin sonunda Qafqaz çoban itinin nəslinin qorunması üçün işlər başlamışdır. İkinci dünya müharibəsindən sonra rusların Qafqaz çoban itlərinin çoxlu sayda Rusiyaya aparılması nəticəsində bu endemik cinsin nəslinin tükənməsi təhlükəsi ortaya çıxmışdır. 1993-cü ildə Qafqaz coğrafiyasında saf qanlı çoban itlərinin sayı onlarla deyilə biləcək qədər az idi. Hazırda yerli kinoloqların əməyi sayəsində bu cinsin sayı artmaqdadır.