Galanthus alpinus — Nərgizçiçəyikimilər – (Amaryllidaceae J. St. –Hil.) fəsiləsinə aid bitki növü.
{{{latin}}} | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Galanthus alpinus |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B1ab (i, ii, v)c(i, ii, iii)+ 2b(i)c(ii,v). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. [1][2]
Üzərində çiçək daşıyan gövdəsinin hündürlüyü 10-20 sm-dir və yarpaqlardan uzundur; çiçəkləmə dövründən sonra yarpaqlar böyüyür. Çoxillik ot bitkisidir. Soğanaq 15 mm hündürlükdə, 8-9 (10) mm diametrində, xaricdən parlaq-qonur pulcuqludur. Yarpaqları (çiçəkləmə dövründə) tünd-göy rəngdədir, xətvari, yastı və kütdür, alt tərəfdən fırlıdır, eni 7-15 (20) mm-dir. Çiçəkyanlığının xarici yarpaqcıqları əksinəyumurtaşəkili uzunsovdurlar, uzunluğu 10-20 (25) mm olub, daxili yarpaqcıqlardan uzundur; daxili əksinə yumurtaşəkilli-pazşəkilli yarpaqcıqların uc hissəsi dayaz oyuqludur. Çiçəkyanlığının xarici yarpaqları tərs-yumurtavari, uzunsov, 10-20 (25) mm uzunluğunda, daxildəkilərdən 2 dəfə uzundur. Daxildəkilər tərs – yumurtavari, pazşəkilli, dərin olmayan, oyuqlu, təpə hissəsində yaşıl ləkə var.[3] Meyvəsi üç yuvalı, uzunsov və ya yumru, 7-25 mm uzunluqda, 4-20 mm enində, yaşıl, tam yetişən vaxtı sarı rənglidir. Toxumcaların sayı 6-27 arasında olur. BQ qərbi, BQ Quba sahəsinin rayonlarında aşağı və orta dağ qurşağında yayılmışdır. Meşələrdə, meşə talalarında, kolluqlar arasında bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.[4]
Çiçəkləmə və meyvə əmələgəlmə dövrü fevral-mart (aprel) aylarına təsadüf edir. Soğanaqla, toxumla çoxalır. Aşağı və orta dağ qurşağında, meşədə, talada, koluqlar arasında rast gəlinir. Dekorativ bitkidir. [3]
Meşələrdə, meşə kənarında, kolluqlar arasında rast gəlinir.
Böyük Qafqazın Quba və qərb hissələri, Kiçik Qafqazın şimalı və mərkəzi. [3][5][6]
Populyasiyası nadirdir, antropogen amillərdən asılıdır. Fraqmentləşmiş sahənin və yaşayış mühitinin keyfiyyətinin davamlı surətdə azlaması müşahidə olunur [5].
Dekorativ bitki kimi yığılması, otların biçilməsi, mal – qara tərəfindən tapdalanması. [2]
Xüsusi qorunma tədbirləri görülməmişdir.