Qahabçay — Babək rayonu ərazisində çay. Naxçıvançayın sol qolu.[2]
Qahabçay | |
---|---|
Ölkə | |
Mənsəbi | Naxçıvançay |
Uzunluğu |
|
Mənsəbindən 16 km məsafədə, Yarımca kəndi yaxınlığında Naxçıvançaya tökülür. Uzunluğu 21 km, hövzəsinin sahəsi 79 km²-dır. Əsasən yağış və qrunt suları ilə qidalanır. Suyu bütünlüklə suvarmada və eyniadlı su anbarının doldurulmasında istifadə edildiyindən, Naxçıvançayın axımının formalaşmasında rolu cüzidir.
Çayın üzərindən Qahab körpüsü salınmışdır.