Qalaaltı Hotel & SPA

"Qalaaltı Hotel & SPA"Azərbaycan Respublikasının Şabran rayonunun ərazisində yerləşən müalicə-istirahət kompleksi.[1]

Çıraqqala

Kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yanında, sıldırım qayanın altında yerləşir.[1] Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur "Qalaaltı" kurortunun bazasında inşa edilib.[1] Təxminən 7,1 hektar sahədə yerləşən kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər inşa olunub.[1]

Kompleksin yerləşdiyi ərazi gözəl və füsunkar təbiətə malik olmasına baxmayaraq, burada əlavə yaşıllıq da salınıb.[1] Ərazidə 48 növdə 1200-dən çox ağac əkilib, 15 min m² ərazidə yaşıl ot örtüyü salınıb.[1] Həmçinin uzunluğu 246 metr olan süni çay, fontanlar və şəlalə inşa edilib.[1] Uzunluğu 246 metr olan süni çay, fəvvarələr və şəlalə ziyarətçilərin istirahətini daha da maraqlı etməsi üçün hazırlanmışdır.[1]

Kompleksin otel binası ən müasir səviyyədə inşa edilib.[1] Buradakı 171 otaq hər təbəqədən olan qonaqlar üçün nəzərdə tutulub.[1] Oteldəki "Mənzərə" restoranı, "Lavanda", "Qala" və "Vitamin" barları qonaqların həm yüksək səviyyədə qidalanmaları, həm də asudə vaxtlarını daha maraqlı keçirmələri üçün geniş imkanlar açır.[1] Burada SPA xidmətləri də təqdim edilir.[1] Həmçinin hamam, sauna, türk hamamı, bio-sauna, masaj, buxar və ekzotik duş otaqları fəaliyyət göstərir.[1]

"Qalaaltı Hotel & SPA" kompleksində təbiətin qoynunda, ətraf mühitlə harmoniyada yaşamağa üstünlük verənlər üçün milli faunanın elementlərini özündə əks etdirən dörd kiçik otel binası da inşa edilib.[1] "Lalə", "Zanbaq", "Bənövşə" və "Mimoza" adlı bu otellərin hər birində 44 otaq var.[1] Daha dəbdəbəli istirahət arzusunda olanlar üçün isə villalar təklif olunur.[1] "Şahdağ" villası 5, "Kəpəz" və "Murov" villalarının hər biri isə 4 otaqdan ibarətdir.[1]

Kompleksdə yerləşən tibbi mərkəz müasir avadanlıqla təchiz edilib.[1] Burada müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şərait yaradılıb.[1] Mərkəzdə fizioterapiya o cümlədən , elektroterapiya, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya otaqları var.[1] Müasir avadanlıq sayəsində mərkəzdə 350 dən artıq çeşiddə diaqnostik müayinələrin aparılması mümükndür.[2]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 avqust 2015-ci ildə kompleksin açılışında iştirak etmişdir.[1] Kompleksin rəmzi açılışını bildirən lenti kəsən Dövlət başçısı kompleksin kollektivi ilə görüşmuş, onlara açılış münasibətilə təbriklərini çatdırmış və onlarla xatirə şəkli çəkdirmişdir.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 İlham Əliyev “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksinin açılışında iştirak edib Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. president.az, 08.08.2015  (az.)
  2. ""Çıraq" tibb mərkəzi". 2019-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-02.