Qalançoj (göl)

Qalançoj (çeç. Галайн-Ӏам — Галайн-Ам[1]; устар. Галай-амъ (Кербеты-амъ)[2], устар. Кербеты-Ам[2]) - Çeçenistan Respublikasının Urus-Martan bölgəsindəki göl.

Qalançoj
ce/Галайн-Ӏам
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1494,1 m
Sahəsi 0,12 km²
Dərin yeri 35 m
Orta dərinliyi 31 m
Yerləşməsi
42°52′20″ şm. e. 45°18′15″ ş. u.
Ölkə Rusiya Rusiya
Region
Vilayət
  • Urus-Martan rayonu
[[Fayl:|280px|Qalançoj xəritədə]]
Qalançoj
Qalançoj
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafi məlumatlar və mənşəyi[redaktə | mənbəni redaktə et]

Qalançoj gölü, Çeçenistanın dağlıq hissəsində, Qexi çayı hövzəsinin yuxarı hissəsində yerləşir. Osuxa çay vadisinin sağ yamacında, çay səviyyəsindən 100 metr yüksəklikdə və dəniz səviyyəsindən 1494.1 metr yüksəklikdə yerləşir. Göl, demək olar ki, oval formaya sahibdir. Bünövrəsidə dairəvidir. Gölün mərkəzindəki ən böyük dərinlik 35 metrdir. Su səthinin sahəsi təxminən 12 hektardır.

Gölün suyu gözlə görüləcək dərəcədə şəffafdır. Günəşli havalarda gölün suyu parlaq yaşılımtıl rəngə çalır. Yaz aylarında səth suyunun temperaturu 20 ° C -ə çatır. Qışda göl donur. Gölün yaxınlığında çoxlu qədim qüllələr və digər tarixi abidələr vardır. Həmçinin göl ətrafında, ona yaxın məsafədə sıx iynəyarpaqlı meşələr vardır. Buna görə göl ətrafı Qafqazın ən gözəl yerlərindən biri sayılır.

Göl bulaqlardan və yağıntılardan qidalanır. Şərq yamacında ona üç bulaq axır. Gölün dibində bir çox çıxışları var. Gölün şimal yamacında tektonik yarıq zonasına gedən kiçik bulaq şəklində yeraltı axını var.

Göldə kumja balıqlarıda vardır.

Göl həm yerli əhalinin təsərrüfat həyatında mühüm rol oynayır. Xüsusilə heyvandarlıq üçün vacib əhəmiyyətə malikdir. Göl əsrarəngiz yerdə yerləşdiyindən turistlərin daimi gəldiyi məkanlardandır. Göl xüsusi ekoloji qorunma zonasına daxil olduğundan onun ətrafında ona zərər verəcək hər hansı böyük tədbirin keçirilməsi qadağandır. Buna baxmayaraq, göl il boyu ziyarətçilərin daima gəldiyi yerdir.

Adlanması[redaktə | mənbəni redaktə et]

Gölün adı "Qalayn-Am" çeçen dilindən "Qalay-Göl" olaraq tərcümə olunur.[1]

Yaranması haqqında əfsanə[redaktə | mənbəni redaktə et]

Yerli əhali arasında Qalançoj gölü müqəddəs sayılırdı. Gölün ruhu öküzlə əlaqəli idi. Gölün mənşəyi ilə bağlı poetik mif Vsevolod Miller tərəfindən yazılmışdır:

Yalxora kəndinin yaxınlığında Amka adlanan yerdə bir göl vardı. Bir gün ana və qızı sahilə getdilər və bilmədikləri üçün gölün büllur suyunda çirkli uşaq bezlərini yumağa başladılar. Bunun üçün qəzəblənmiş gölün ruhu hər iki qadını daşa çevirdi və indi o daşları Amka kəndi yaxınlığında görmək olar. Ancaq göl murdar olmuş yataqda qalmaq istəmədi və gözəl ağ öküzə çevrildi. Sonra öküz Qalayn-Am gölünün indi olduğu yerə gəldi. Orada əvvəllər əkin sahələri var idi. Yerli sakinlər öküzü sürüyə bağladılar. İlk şum yolu ilə irəliləyəndə, palçıq oldu,ikincidən sonra yer daha nəmli oldu. Daha sonra su sürətlə axdı və tarlan, insanlar və öküz suyun altında qaldı.

Birdən ortaya çıxan göl əhaliyə batil qorxunu aşılamağa başladı: onu dibsiz hesab etdilər və suyunu içmədilər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Сулейманов А. Топонимия Чечни. Грозный: ГУП «Книжное издательство», 2006
  2. 1 2 Военно-топографическая пятиверстная карта Кавказского края 1877 года