Kassiterit və ya qalay 4-oksid (SnO2) — dördvalentli qalayın oksigenli birləşməsi.Qalay 4-oksid suda həll olmur, təbiətdə kassiterit mineralı şəklində tapılır, turşu və qələvi məhlullarının təsirinə qarşı müstəsna dərəcədə davamlıdır, karbon, hidroken və s. ilə asan reduksiya olunur. Sənayedə qalayı oksigendə yandırmaqla alınır. İstiyədavamlı minalar və qurğuşun-qalay şirləri hazırlanmasında işlədilir.
Kassiterit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
SnO₂ |
Strunz təsnifatı | IV/D.02[1][2] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | tetraqonal[d][3] |
Sıxlıq | 6,58 ± 0,54 q/sm³ |
Vikianbarda əlaqəli mediafayllar |