Qalileo — Yupiter planetini və onun peyklərini tədqiq etmiş NASA pilotsuz kosmik gəmisidir. Renessans astronomu Qalileo Qalileyin adını daşıyan kosmik gəmi 18 oktyabr, 1989-cu ildə STS-34 misiyası çərçivəsində Atlantis Kosmik Məkiyi (Space Shuttle Atlantis) tərəfindən işə salınmışdır. Qalileo Yupiterə 7 dekabr, 1995-ci il çatmışdır və Yupiterin orbitində hərəkət edən ilk kosmik gəmidir. Ötürücüsündə nasazlıq olmasına baxmayaraq, Qalileo 951 Gaspra-ya yaxın uçaraq birinci asteroidi müşayyət etmiş və ilk peyk-asteroid olan Dactyl-i 243 Ida asteroidi ətrafında aşkar etmişdir. O bundan başqa Yupiterin atmosferində tədqiqata başlayan ilk kosmik gəmidir. Misiya təxminən $1.4 milyar ABŞ dollarına başa gəlmişdir.