Qalileo Qaliley cisimlərin hərəkətinin öyrənilməsinə dair tədqiqatlarını ümumiləşdirərək 1636-cı ildə özünün nisbilik prinsipini formalaşdı: Mexanika qanunları bütün ətalət hesablama sistemlərində eynidir. Bu prinsip mexaniki hərəkət tənliklərinin quruluşuna müəyyən sərhəd qoydu: mexaniki hərəakəti ifadə edən tənliklər bütün ətalət hesablama sistemlərinda eyni şəkildədir.
Klassik adlandırılan bu təsəvvürlərə görə, mexaniki hərəkəti xarakterizə edən zaman mütləq hesab olundu - cismin xətti ölçüləri onun sükunətdə və ya hərəkətdə olmasından asılı deyildir, işıq sürəti isə sonsuz böyük qəbul olundu. Nyuton mexanikası bütövlükdə bu prinsip üzərində qurulmuşdur. Beləliklə, klassik mexanikada koordinat, zaman, uzunluq və sürətlərin müxtəlif ətalət hesablama sistemlərəin nəzərən əlaqələri yığcam formada "Qaliley çevrilmələri" adlanan və ondan çıxan nəticələrlə təsvir edildi). Lakin işıq sürətinə yaxın sürətlərdaaşus verən hadisələri, məsələn, elektromaqnit, qravitasiya, atomdaxili prosesləri klassik təsəvvürlər izah edə bilmədi