Qalip Kulaksızoğlu (d. 1889, İstanbul — ö. 22 noyabr 1939, İstanbul) — Peşəkar Türkiyə futbolçusu və klub idarəçisi. 1910-cu ildə "Fənərbaxça" klubunda həm oyunçu, həm də baş məşqçi kimi çalışan Qalip həmçinin klub prezidenti vəzifəsini icra etmişdir.[1][2]
Qalip Kulaksızoğlu | ||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
türk. Galip Kulaksızoğlu | ||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||
Tam adı | Qalip Kulaksızoğlu | |||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||
Doğum yeri | İstanbul, Türkiyə | |||||||||||||||||||||
Vəfat tarixi | ||||||||||||||||||||||
Vəfat yeri | İstanbul, Türkiyə | |||||||||||||||||||||
Dəfn yeri | ||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||
Mövqeyi | Müdafiəçi | |||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||
|
||||||||||||||||||||||
|
||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Lesbos adasının valisi Kulaksızzade Mustafa Paşanın ailəsinin ən böyük oğlu olaraq, 1889-cu ildə anadan olan Qalip bəy ibtidai və orta təhsilini Sent-Cozef Fransız liseyində başa vurmuşdur. 1906-cı ilin yayında Sent-Cozef Fransız liseyindən məzun olan Qalip bəy Kadıköy gəncləri olan Nurizade Ziya Songülen, Ayetullah bəy və Necip Okaner tərəfindən yenicə yaradılan "Fənərbaxça" klubunun 1907-ci ilin sonunda tamamlanan 11 nəfərlik heyətinə sonradan daxil edilmişdir.Sent-Cozef Fransız liseyində ədəbiyyat müəllimi olan və "Fənərbaxça" klubunun 5 qurucusundan biri hesab olunan Ənvər Yetiker Qalip bəyi və onun sinif yoldaşları olan Şevkati Hulusi bəyi və Nasuhi Baydarı komandaya dəvət etmişdir. Qalip bəy 17 yaşı olarkən komandanın heyətinə daxil edilmişdir.[3] Futbolçu karyerasına hücumçu kimi başlasa da, müdafiəçi kimi karyerasını başa vurmuşdur.[4][5]
Qalip bəy futbol zəkası, üstün texnikası, çevik və komanda oyunu anlayışı ilə futbol ulduzu kimi böyük bir şöhrət qazanmışdır. Tam bir idmançı olan Kulaksızoğlu eyni zamanda tennis, hokkey və avarçəkmə idmanında dövrünün öndə gedən simalarından biri idi. 17 il "Fənərbaxça" klubunda futbolçu kimi, 14 il komanda kapitanı olaraq çıxış etmiş və sarı-göylərin tarixinə adını yazdırmışdır. Qalip bəy "Fənərbaxça" klubu tarixinin ikinci baş məşqçisi olmuşdur. 1911-1918-ci illər aralığında "Fənərbaxça"-nın keçmiş prezidentlərindən olan Şehit Arif Əmirzadə ilə birlikdə dövrün ən güclü müdafiə xəttini təşkil edirdilər.[6]
1907-1924-ci illər aralığında 17 il futbol oynayan Qalip bəy bu müddət ərzində 216 dəfə geyindiyi "Fənərbaxça" forması ilə 73 qola imza atmışdır. "Fənərbaxça" klubunun quruluşundan bəri ilk oyunundan futboldan ayrılana qədər, yəni 1924-cü ilin mart ayının 7-nə qədər 253 oyunda meydana çıxmışdır.[7]
1910-11-ci illərdə "Fənərbaxça" klubunun zəiflədiyi bir dönəmdə klubun qurucu prezidentləri (Ziya bəy və Ayətullah bəy) rəhbərlikdən istefa etdikdən sonra klubun kapitanı olduğundan Qalip bəy 1910-cu ildə etibarnamə ilə Şehit Arif Emirzadə bəylə birlikdə prezident vəzifəsini icra etmişdir. Hətta klubun dağılma mərhələsinə qədər gəldiyi bir dövrdə Qalip bəy böyük iradə nümayiş etdirərək, komandanı yığmaqda çətinlik çəkən Mustafa Elkatipzade ilə birlikdə gənc oyunçuları kəşf etməyə başlamış və onları "Fənərbaxça" klubuna qazandırmışdır.[8]
1911-ci ildə "Fənərbaxça" klubunun hələ İstanbul Futbol Liqası çempionluğunu qazana bilmədiyi zamanda Qalip bəyə "Gəlin sizi ingilis və ya yunan komandasına aparaq, orada uğur qazanın" deyildiyi zaman o, "Zərər yoxdur. Zəif komandamız bu il, bəlkə gələn ildə məğlub olacaq. Təəssüf hissini komanda yoldaşlarımla yenə də çəkərəm. Amma Allahın izni ilə mütləq bir gün gələcək, klub öz şöhrətini bərpa edəcək və sonra yenidən onlarla birlikdə sevinc və xoşbəxtlik yaşayacağam." deyə cavab vermişdir. Bir mövsümdən sonra isə "Fənərbaxça" klubu ilk dəfə olaraq, 1911-12 İstanbul Futbol Liqasının çempionu adını qazanır.[1]
"Fənərbaxça" onun rəhbərliyi altında 5 dəfə İstanbul Liqasını qazanmışdır. "Fənərbaxça" idman klubunun tennis, hokkey və avarçəkmə komandalarında da əla çıxış etmişdir. "Fənərbaxça" klubu tarixinin unudulmaz dərəcədə əhəmiyyətli oyunçularından biri olan kapitan Qalip Kulaksızoğlu 22 noyabr 1939-cu ildə İstanbulda vəfat etmişdir. O, Qaracaəhməd qəbiristanlığında yaxın dostu və "Fənərbaxça" prezidenti Sait Selahattin Cihanoğlunun yanında dəfn edilmişdir.[8]