Qalisiya Muxtariyyət Əsasnaməsi (1936) — 1936-cı ildə Qalisiyanın İspaniya tərkibində muxtariyyət qazanması üçün yaradılan əsasnamə. Referendum yolu ilə İspaniya parlamentinə təqdim edilmişdir. İspaniya vətəndaş müharibəsinə (1936-1939) və Fransisko diktatorluğuna görə (1939-1977) bu əsasnamə hələ də həyata keçirilməmişdir. Bu əsasnamə Qalisiya Partiyası tərəfindən tərtib edilmişdir. 1981-ci ildə yeni Qalisiya Muxtariyyət Əsasnaməsi hazırlanmışdır və beləliklə, Qalisiya İspaniya tərkibində muxtariyyət qazanmışdır.
XX əsrin əvvəllərində Qalisiya siyasətçiləri İspaniya ilə Qalisiya arasındakı münasibətlərə əhəmiyyət verirdilər. Onlar hesab edirdilər ki, İspaniyadan muxtariyyət qazandıqlarında müstəqillik uğrunda yol açılacaqdır. İkinci İspaniya Respublikası dövründə (1931-1939) bəzi intellektual insanlar təklif etmişdilər ki, İspaniya federal dövlətə çevrilsin, burada yaşayan müxtəlif xaqlar (qalisiyalılar, basklar, katalonlar, araqonlar və s.) muxtariyyətdən yararlana bilsinlər.[1] Bu ideadan ilham alınaraq 1931-ci ilin dekabrında Qalisiya Partiyası qurulmuşdur. Onlar qədim Qalisiya və müasir Qalisiya millətçiliyi idealarının yer aldığı əsasnamə hazırlamışdırlar.
İkinci İspaniya Respublikasının qurulmasından qısa müddət sonra əsasnamənin ilk variantı təqdim tərtib olunmuşdur. Yer alırdı:
1932-ci ildə Santiaqo de Kompostela mayoru Raymundo Lopez Pol qalisiyalıları mətn haqqında danışmaq üçün görüşə dəvət etmişdir. İlk görüş Kompostelada 3 iyunda keçirilmişdir. Manuel Luqris, Aleksandr Boveda və Salvador Kabeza de Leondan ibarət Dəyişiklik komitəsi yaradılmışdır. Əsasnamə 49 maddədən ibarət idi. Altı hissəyə bölünürdü: 1) Proloq, 2) Regional güclər, 3) Bölgənin potensialı, 4) Vergi və gəlir, 5) Ümumi qanunlar, 6) Müvəqqəti hazırlıqlar.
İspaniyanın federal dövlətə çevrilməsi halında Qalisiya da muxtariyyət qazanacaqdı.[3] Ölkənin rəsmi dilləri qalisiya və ispan dilləri müəyyən olunacaqdı. Qalisiya prezidenti vəzifəsi yaradılması planlaşdırılmışdı.[4]
17-19 dekabr 1932-ci il tarixlərində son hazırlanmış əsasnamə səsverməyə çıxarılmışdır. Bələdiyyə nümayəndələrinin 77 %-i, ümumi əhalinin isə 84,7 %-i "bəli" demişdir. Amma siyasi qeyri-sabitlik əsasnamənin İspaniya hökuməti tərəfindən təsdiq edilməsini təxirə salmışdır. Xalq Frontunun 1936-cı ilin fevralındakı qələbəsindən sonra qalisiyalılar layihələrinə davam etmək istəyirdilər. Hətta bir çox Qalisiya Partiyası üzvü Xalq Frontu partiyasına keçmişdir. 1936-cı ildə keçirilən son referendumda əsasnamə müsbət rəy almışdır.
Referendum 26 iyul 1936-cı ildə baş tutmuşdur. Əhalinin 74,56 %-i (o dövr üçün böyük göstərici) referendumda iştirak etmişdir. 993.351 nəfər əsanaməyə "bəli", 6.161 nəfər "yox" demişdir.[5] 15 iyul 1936-cı ildə Qalisiya Partiyasının katibi Qomez Roman və İspaniya hökumətinin üzvü Kastelao əsasnaməni təsdiq etmişdirlər. Lakin vətəndaş müharibəsi prosesi gecikdirmişdir. Respublika parlamenti Kataloniyaya yerləşmişdir. Nəhayət, əsasnamə bir də 28 fevral 1938-ci ildə müzakirə olunmuşdur. Rəsmi olaraq isə 1945-ci ildə Meksikada əsasnaməyə baxılmışdır. Lakin bu simvolik jest idi. Qalisiya qurulmamışdır.
Əsasnamə həyata keçirilməsə də, gələcəkdə Qalisiyanın qurulması üçün vacib rol oynamışdır. 1977-ci ildə Fransisko rejiminin başa çatması, 1978-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra 1981-ci ildə keçmiş əsasnamənin əsasında yeni əsasnamə hazırlanmış, İspaniya hökuməti tərəfindən qəbul edilmşdir. 1981-ci ildə Qalisiya İspaniya tərkibində muxtariyyət qazanmışdır.